Bir bahar göründü gülşən içində,Qara gözlərini ay süzə-süzə.Atdı örpəyini göründü üzü,Elə bildim keçir ay süzə-süzə.

Bir söz dedim, saldı məni dil dara,İncimərəm, çəksin şirin dil dara.Kim can deməz belə gözəl dildara,Eşqin piyaləsin ay süzə-süzə.

Xəyalımdan huri-qılman dolandı,Dedim xoşbəxt o qəlbimə dolandı.Məmmədhüseyn pak eşqinlə dolandı,Dövran açar sənə, ay süzə-süzə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви