Gözəldi
Göyçə mahalında bir gözəl gördüm,Baxdıqca qaşının tağı gözəldi.Almadır yanağı, büllur buxağı,Ağ üzündə qoşa xalı gözəldi.
Göyçə mahallıdı, Daşkənd ellidir,Tökülüb dal gərdənə siyah tellidir.Dodağı məzəli, şirin dillidir,Şölə saçan ay camalı gözəldi.
Cananlar içində o, bir canandı,İşarət eylədim dərdimi qandı.Dörd yaşlı mələkdi şux bir sultandı,Səxavəti, həm kamalı gözəldi.
Zimistan dolandı, bahar, yaz oldu,Cavan ömrü, qəmi möhnətlə soldu.Onu gördüm dərdim, qəmim azaldı,Min büsatı, var calalı gözəldi.
Məmmədhüseyn düzər onu dastana,Arif ola mənim dərdimi qana.Yerişi kəklikdir, duruşu sona,Yaranmışdan şəkər balı gözəldi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-gozeldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Heyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
KarvanGecənin qulağında kədərli zəng səsləri,Ağır-ağır yol gedir karvan şimala sarı.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.