Neçə gündür boğur məni bu qəhər,Yoxsulluq insana nə pis olarmış.Varı olan keçib başda əyləşər,Yoxsul olsa ayaqlarda qalarmış.

Əldə varı olan adam sayılar,Yatmış olsa qəflətindən ayılar.Xeyir-şər olanda əzəl çağrılar,Yoxsul olsa hamı yaddan salarmış.

Məmmədhüseynəm, qanad çaldım havada,Tərlan idim şikar aldım davada.Qocalmışam indi qaldım yuvada,Tərlan şikarını sar da alarmış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов