Tülkü və qurd
Tülkü gəzəndə yıxılıb nagəhan,Bir quyuya düşmüş idi bir zaman.Torpağa sürtmüşdü üzün, həm gözün,Qurtara bilməzdi ölümdən özün.Düşdü qəzadan ora qurdun yolu,Baxdı ki, görsün quyu boşdur, dolu.Tülkü onu gördü, salam eylədi,Ağladı, yalvardı belə söylədi:...Qurd lələ, səndən edirəm iltimas,Sən məni bu təhlükədən qıl xilas.Qurd dedi: – çox-çox yanıram halına,Xatirim aşiftədir əhvalına.Bilmirəm axşam edəcəksən necə?Sübh açacaqsan nə sayaq bu gecə?Tülkü dedi: – Çox sağ ol, ey qurd lələ,Boş danışıqdan nə yetər hasilə?Sən belə hərgah mənə qəmxar isən,Halıma rəhmin gəlib ağlar isən,Bir qədər ip tap mənə qıl iltifat,Ver mənə bir növ ilə burdan nicat.Yoxsa ki etməz quru söz iktifa,İş gərək olsun, nə əbəs iddia.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-tulku-ve-qurd
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Çəpər çəkməsinZəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Стихи других поэтов
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.