بیر گون آغیز قالی بوش
بیر گون آغیز قالی بوشبیر گون دُولی داد اُولار
Bir gün ağız qalı boşBir gün dolu dad olar
گون وارکی هئچ زاد اولمازگون وارکی هر زاد اولی
Gün var ki heç zad olmazGün var ki hər zad olu
بختین دورا باخارسانیادلار قوهوم قارداشدی
Bəxtin dura baxarsanYadlar qohum-qardaşdı
آمما بختین یاتانداقوهوم قارداش یاد اولی
Amma bəxtin yatandaQohum-qardaş yad olu
چالیش آدین گلندهرحمت اوخونسون سنه
Çalış adın gələndəRəhmət oxunsun sənə
دونیادا سندن قالانآخیردا بیر آد اولی
Dünyada səndən qalanAxırda bir ad olu
گُوردون ایشین اَگیلدیدورما ،اَکیل،گؤزدَن ایت
Gördün işin əyildiDurma, əkil, gözdən it
دوستون گؤره ر داریخاردوشمن گؤره ر شاد اولی
Dostun görər darıxarDüşmən görər şad olu
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehriyar-turkce-seir-16
Клавиши ← → для перехода, R — случайное стихотворение