اولدوز سایاراق گوزله میشم هر گئجه یاری
اولدوز سایاراق گوزله میشم هر گئجه یاریگج گلمه ده دیر یار یئنه اولموش گئجه یاری
Ulduz sayaraq gözləmişəm hər gecə yarıGec gəlməkdədir yar yenə olmuş gecə yarı
گؤزلر آسیلی یوخ نه قارالتی نه ده بیر سسباتمیش قولاغیم گؤرنه دؤشور مکده دی داری
Gözlər asılı, yox nə qaraltı, nə də bir səsBatmış qulağım gör nə döşürməkdədi darı
بیر قوش آییغام! سویلیه رک گاهدان اییلده رگاهدان اونودا یئل دئیه لای-لای هوش آپاری
Bir quş ayığam! Söyləyərək gahdan iyildərGahdan onu da yel deyə lay-lay huş aparı
یاتمیش هامی بیر آللاه اویاقدیر داها بیر منمندن آشاغی کیمسه یوخ اوندان دا یوخاری
Yatmış hamı, bir Allah oyaqdır daha bir mənMəndən aşağı kimsə yox, ondan da yuxarı
قورخوم بودی یار گلمه یه بیردن یاریلا صبحباغریم یاریلار صبحوم آچیلما سنی تاری!
Qorxum budur yar gəlməyə, birdən yarıla sübhBağrım yarılar, sübhüm açılma, səni Tanrı!
دان اولدوزی ایسته ر چیخا گؤز یالواری چیخمااو چیخماسادا اولدوزومون یوخدی چیخاری
Dan ulduzu istər çıxa, göz yalvarı, çıxmaO çıxmasa da ulduzumun yoxdu çıxarı
گلمز تانیرام بختیمی ایندی آغارار صبحقاش بیله آغاردیقجا داها باش دا آغاری
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübhQaş belə ağardıqca daha baş da ağarı
عشقین کی قراریندا وفا اولمیاجاقمیشبیلمم کی طبیعت نیه قویموش بو قراری؟
Eşqin ki qərarında vəfa olmayacaqmışBilmərəm ki, təbiət niyə qoymuş bu qərarı?
سانکی خوروزون سون بانی خنجردی سوخولدیسینه مده أورک وارسا کسیب قیردی داماری
Sanki xoruzun son banı xəncərdi, soxulduSinəmdə ürək varsa, kəsib qırdı damarı
ریشخندله قیرجاندی سحر سویله دی: دورماجان قورخوسی وار عشقین اوتوزدون بو قماری
Rişxəndlə qırcandı səhər, söylədi: durmaCan qorxusu var, eşqin uduzdun bu qumarı
اولدوم قره گون آیریلالی او ساری تئلدنبونجا قره گونلردی ایدن رنگیمی ساری
Oldum qaragün ayrılalı o sarı teldənBunca qaragünlərdi edən rəngimi sarı
گؤز یاشلاری هر یئردن آخارسا منی توشلاردریایه باخار بللی دی چایلارین آخاری
Göz yaşları hər yerdən axarsa, məni tuşlarDəryaya baxar bəllidi çayların axarı
از بس منی یاپراق کیمی هیجرانلا سارالدیبباخسان اوزونه سانکی قیزیل گولدی قیزاری
Əzbəs məni yarpaq kimi hicranla saraldıbBaxsan üzünə sanki qızıl güldü, qızarı
محراب شفقده ئوزومی سجده ده گؤردومقان ایچره غمیم یوخ اوزوم اولسون سنه ساری
Mehrab şəfəqdə özümü səcdədə gördümQan içrə, qəmim yox, üzüm olsun sənə sarı
عشقی واریدی شهریارین گللی- چیچکلیافسوس قارا یل اسدی خزان اولدی بهاری
Eşqi vardı Şəhriyarın güllü-çiçəkliƏfsus qara yel əsdi, xəzan oldu baharı
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehriyar-turkce-seir-2
Клавиши ← → для перехода, R — случайное стихотворение