شاه داغیم، چال پاپاغیم، ائل دایاغیم، شانلی سهند´یم
شاه داغیم، چال پاپاغیم، ائل دایاغیم، شانلی سهند´یم
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim
باشی طوفانلی سهند´یم
Başı tufanlı Səhəndim
باشدا حئیدر بابا تک قارلا، قیروولا قاریشیب سان
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
سون ایپک تئللی بولودلارلا اوفوقده ساریشیب سان
Son ipək telli buludlarla ufuqda sarışıbsan
ساواشارکن باریشیب سان
Savaşarkən barışıbsan
گؤیدن ایلهام آلالی سیرری سماواتا دئیه رسه ن
Göydən ilham alalı sirri səmavata deyərsən
هله آغ کورکو بورون، یازدا یاشیل دون دا گئیه رسه ن
Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən
قورادان حالوا یئیه رسه ن
Quradan halva yeyərsən
دؤشلرینده سونالار سینه سی تک شوخ ممه لرده
Döşlərində sunalar sinəsi tək şux məmələrdə
نه شیرین چئشمه لرین وار
Nə şirin çeşmələrin var
او یاشیل تئللری، یئل هؤرمه ده آینالی سحه رده
O yaşıl telləri, yel hörməkdə aynalı səhərdə
عشوه لی ائشمه لرین وار
İşvəli eşmələrin var
قوی یاغیش یاغسا دا یاغسین
Qoy yağış yağsa da yağsın
سئل اولوب آخسا دا آخسین
Sel olub axsa da axsın
یان لاریندا دره لر وار
Yanlarında dərələr var
قوی قلمقاش لارین اوچسون فره لرله، هامی باخسین
Qoy qələmqaşların uçsun fərələrlə, hamı baxsın
دوش لرینده هئره لر وار
Döşlərində herələr var
سیلدیریم لار، سره لر وار
Sıldırımlar, sərələr var
او اتک لرده نه قیزلار یاناغی لاله لرین وار
O ətəklərdə nə qızlar yanağı lalələrin var
قوزولار اوتلایاراق نی ده نه خوش ناله لرین وار
Quzular otlayaraq ney də nə xoş nalələrin var
آی کیمی هاله لرین وار
Ay kimi halələrin var
گول چیچکدن بزه ننده، نه گلین لر کیمی نازین
Gül-çiçəkdən bəzənəndə, nə gəlinlər kimi nazın
یئل اسنده او سولاردا نه درین راز و نیازین
Yel əsəndə o sularda nə dərin raz və niyazın
اوینایار گوللو قوتازین
Oynayar güllü qotazın
تیتره ییر ساز تئلی تک شاخه لرین چایدا - چمنده
Titrəyir saz teli tək şaxələrin çayda-çəməndə
یئل او تئل لرده گزه نده، نه کوراوغلو چالی سازین
Yel o tellərdə gəzəndə, nə Koroğlu çalı sazın
اؤرده گین خلوت ائدیب گؤلده پری لرله چیمنده
Ördəyin xəlvət edib göldə pərilərlə çimməndə
قول-قاناددان اونا آغ حوله آچار غمزه لی قازین
Qol-qanaddan ona ağ həvlə açar qəmzəli qazın
قیش گئدر، قوی گله یازین
Qış gedər, qoy gələ yazın
هله نوروز گولی وار، قار چیچگین وار، گله جکلر
Hələ novruz gülü var, qar çiçəyin var, gələcəklər
سئل - یاغشیدا یویونارکن ده گونش له گوله جکلر
Sel-yağışda yuyunarkən də günəşlə güləcəklər
اوزلرین تئز سیله جکلر
Üzlərin tez siləcəklər
قیشدا کهلیک هوسیله، چؤله قاچدیقدا جوان لار
Qışda kəklik həvəsilə, çölə qaçdıqda cavanlar
قاردا قاققیلدایاراق نازلی قلمقاش لارین اولسون
Qarda qaqqıldayaraq nazlı qələmqaşların olsun
یاز، او دؤش لرده ناهار منده سین آچدیقدا چوبان لار
Yaz, o döşlərdə nahar məndəsin açdıqda çobanlar
بوللو ، سودلو سورولر، دادلی قاووتماش لارین اولسون
Bollu, südlü sürülər, dadlı qovutmaşların olsun
آد آلیب سندن او شاعیر کی سن اوندان آد آلارسان
Ad alıb səndən o şair ki sən ondan ad alarsan
اونا هر داد وئره سه ن، یوز او مقابل داد آلارسان
Ona hər dad verəsən, yüz o müqabil dad alarsan
تاریدان هر زاد آلارسان
Tanrıdan hər zad alarsan
آداش اولدوقدا، سن اونلا، داها آرتین اوجالارسانباش اوجالدیقدا دماوند داغیندان باج آلارسان
Adaş olduqda, sən onla, daha artıq ucalarsanBaş ucaldıqda Dəmavənd dağından baj alarsan
شر الیندن تاج آلارسان!او دا شعرین ادبین شاه داغیدر، شانلی سهندی
Şər əlindən tac alarsan!O da şeirin ədəbin Şah dağıdır, şanlı Səhəndi
او دا سن تک آتار اولدوزلارا شعر ایله کمندیاو دا سیمرغدن آلماقدادی فندی
O da sən tək atar ulduzlara şeir ilə kəməndiO da Simurğdan almaqdadı fəndi
شعر یازاندا قلمیندن باخاسان درسپهلندیسانکی اولدوزلار الندی
Şeir yazanda qələmindən baxasan dür səpələndiSanki ulduzlar ələndi
سوز دینده گوروسن قاتدی گولی، پستهنی، قندییاشاسین شاعر افندی!
Söz dilində görürsən qatdı gülü, pistəni, qəndiYaşasın şair əfəndi!
او نه شاعر کی داغین وصفینه مصداق اونی گوردوممن سنین تک اوجالیق مشقینه مشاق اونی گوردوم
O nə şair ki dağın vəsfinə misdaq onu gördümMən sənin tək ucalıq məşqinə məşşaq onu gördüm
عشقه، عشق اهلینه مشتاق اونی گوردوم.او نه شاعر کی خیال مرکبینه شووشیغایاندا
Eşqə, eşq əhlinə müştaq onu gördüm.O nə şair ki xəyal mərkəbinə şuşıqayanda
او نهنگ آت آیاغین توزلی بولودلاردا قویاندالولهلنمکدهدی یر گوی، نجه طومار ساریاندا
O nəhəng at ayağın tozlu buludlarda qoyandaLülələnməkdədi yer-göy, necə tumar sarıyanda
گورهجکسن او زماندا:نه زمان وارسا، مکان وار ساکسیب بیچدی بیر آندا
Görəcəksən o zamanda:Nə zaman varsa, məkan varsa kəsib biçdi bir anda
کچهجکلر، گلهجکلر نه بویاندا نه اویاندانه بیلیم قالدی هایاندا؟
Keçəcəklər, gələcəklər nə bu yanda nə o yandaNə bilim qaldı hayanda?
باخ نه حرمت وار اونون اوز دمیشی توک پاپاغینداشعرینین تاجی اگیلمیش باشی دورموش قاباغیندا
Bax nə hörmət var onun üz dəmişi tük papağındaŞeirinin tacı əyilmiş, başı durmuş qabağında
باشینا ساوریلان اینجی، چارلیق اولموش آیاغینداوحیدیر شعری، ملکلردی پیچیلدیر قولاغیندا.
Başına savrulan inci, çarlıq olmuş ayağındaVəhydir şeiri, mələklərdi pıçıldır qulağında.
شهدی وار بال دوداغیندا.او دا داغلار کیمی شانینده نه یازسام یاراشاندیر
Şəhdi var bal dodağında.O da dağlar kimi şanında nə yazsam yaraşandır
او دا ظالم قوپاران قارلا، کولکله دوروشاندیرقودوزا، ظالمه قارشی سینه گرمیش، ووروشاندیر
O da zalım qoparan qarla, küləklə duruşandırQuduza, zalıma qarşı sinə germiş, vuruşandır
قودوزون کورکونه، ظالم بیرهلر تک داراشاندیراما وجهینده فقیر خلقی اگیلمیش سوروشاندیر
Quduzun kürkünə, zalım birələr tək daraşandırAmma vəchində fəqir xalqı əyilmiş soruşandır
قارا ملتده هنر بولسا، هنرله آراشاندیرقارالارلا قاریشاندیر،
Qara millətdə hünər bulsa, hünərlə araşandırQaralarla qarışandır,
ساریشاندیر!گئجه حقین گوزودیر، طور تورتمیش اوجاغیندا
Sarışandır!Gecə haqqın gözüdür, Tur tortmuş ocağında
اریییب یاغ تک اورکلردی یانیرلار چراغیندامی، محبتدن ایچیب لاله بیتیبدیر یاناغیندا
Əriyib yağ tək ürəklərdi yanırlar çırağındaMey, məhəbbətdən içib lalə bitibdir yanağında
او بیر اوغلان کی، پریلر سو ایچرلر چاناغیندااینجی قاینار بولاغیندا
O bir oğlan ki, pərilər su içərlər çanağındaİnci qaynar bulağında
طبعی بیر سوگلی بولبول کی، اوخور گول بوداغینداساری سونبول قوجاغیندا
Təbi bir sevgili bülbül ki, oxur gül budağındaSarı sünbül qucağında
سولار افسانهدی سؤیلر اونون افسونلی باغینداسحرین چنلی چاغیندا.
Sular əfsanədi söylər onun əfsunlu bağındaSəhərin çənli çağında.
شاعرین ذوقی، نه افسونلی، نه افسانهلی باغلار،آی نه باغلار، کی «الف لیلی» ده افسانهده باغلار.
Şairin zövqü, nə əfsunlu, nə əfsanəli bağlar,Ay nə bağlar, ki «Əlif-Leyli»də əfsanədə bağlar.
اود یاخیب، داغلاری داغلار،گول گولرسه بولاغ آغلار.
Od yaxıb, dağları dağlar,Gül gülərsə bulaq ağlar.
شاعرین عالمی اولمز، اونا عالمده زوال یوخآرزولار اوردا نه خاطرلیه امکاندی، محال یوخ
Şairin aləmi olmaz, ona aləmdə zaval yoxArzular orda nə xatırlıya imkandı, məhal yox
باغ جنت کیمی اوردا «بو حرامدیر، بو حلال» یوخ.او محبتده ملال یوخ،
Bağ-cənnət kimi orda «bu haramdır, bu halal» yox.O məhəbbətdə məlal yox,
اوردا حالدیر، داها قال یوخ!گئجهلر اوردا گوموشدندی، قیزیلدان نه گونوزلر،
Orda haldır, daha qal yox!Gecələr orda gümüşdəndi, qızıldan nə gündüzlər,
نه زمرد کیمی باغلاردی، نه مرمر کیمی دوزلر،نه ساری تئللی اینکلر، نه آلاگؤزلو اوکوزلر،
Nə zümrüd kimi bağlardı, nə mərmər kimi düzlər,Nə sarı telli inəklər, nə alagözlü öküzlər,
آی نئجه، آی کیمی اوزلر؟گول آغاجلاری نه طاووس کیمی چترین آچیب الوان،
Ay necə, ay kimi üzlər?Gül ağacları nə tovuz kimi çətrin açıb əlvan,
«حله» کروانیدی چؤللر، بزه نر سورسه بو کروان،دوه کروانی دا داغلار، یوکی اطلسدی بو حیوان،
«Hülla» karvanıdı çöllər, bəzənər sürsə bu karvan,Dəvə karvanı da dağlar, yükü atlasdı bu heyvan,
صابرین شهرینه دوغرو، قاطاری چکمهده سروان،او خیالیمداکی شیروان!
Sabirin şəhərinə doğru, qatarı çəkməkdə sərvan,O xəyalımdakı Şirvan!
اوردا قار دا یاغار، اما داها گوللر سولا بیلمزبو طبیعت، او طراوتده محالدیر، اولا بیلمز
Orda qar da yağar, amma daha güllər sola bilməzBu təbiət, o təravətdə məhaldır, ola bilməz
عمر پئیمانه سی اوردا دولا بیلمز
Ömr peymanəsi orda dola bilməz
او افق لرده باخارسان نه ده نیزلر، نه بوغازلار
O üfüqlərdə baxarsan nə dənizlər, nə boğazlar
نه پری لر کیمی قولار، قونوب-اوچماقدا نه قازلار
Nə pərilər kimi qular, qonub-uçmaqda nə qazlar
گؤلده چیممکده نه قیزلار
Göldə çimməkdə nə qızlar
بالیق، اولدوز کیمی گؤل لرده، ده نیزلرده پاریلدار
Balıq, ulduz kimi göllərdə, dənizlərdə parıldar
آبشار مرواری سین سئل کیمی تؤکدوکده خاریلدار
Abşar mirvarisin sel kimi tökdükdə xarıldar
یئل کوشولدار، سو شاریلدار
Yel kuşuldar, su şarıldar
قصرلر واردی قیزیلدان، قالالار واردی عقیق دن
Qəsrlər vardı qızıldan, qalalar vardı əqiqdən
«رافائل» تابلوسی تک، صحنه لری عهد عتیق دن
«Rafael» tablosu tək, səhnələri əhdi-ətiqdən
دویماسان کؤهنه رفیق دن
Doymasan köhnə rəfiqdən
جننتین باغ لاری تک باغلاری نین حورو قصوری
Cənnətin bağları tək bağlarının huru-qüsuru
دوزولوب غرفهده، ایواندا، جواهر کیمی حوری،الده حوریلرینین جام بلوری،
Düzülüb qürfədə, eyvanda, cəvahir kimi huri,Əldə hurilərinin cam billuri,
تونگونون گول کیمی «صهبای طهوری».نه ماراقلار کی آییق گؤزلره رؤیادی دییرسن،
Tunqunun gül kimi «səhbayi-təhuri».Nə maraqlar ki ayıq gözlərə röyadı deyirsən,
نه شفقلر کی درین باخمادا دریادی دییرسن،اویدوران جنت مأوادی دییرسن!
Nə şəfəqlər ki dərin baxmada dəryadı deyirsən,Uyduran cənnətül-məvadı deyirsən!
زهرهنین قری بریلیان، حصاری اینجیدی، یاقوت،قصر جادودی، مهندسلری هاروت ایله ماروت،
Zöhrənin qəsri briliyant, hasarı incidi, yaqut,Qəsr cadudu, mühəndisləri Harut ilə Marut,
اوردا «مانی» دایانیب قالمیش او صورتلره مبهوت،قاپی قوللوچیسی هاروت!
Orda «Mani» dayanıb qalmış o surətlərə mübhut,Qapı qulluqçusu Harut!
اوردا شعرین، موزیکون منبعی سرچشمهدی قاینار،نه پریلر کیمی فوارهدن افشان اولوب اوینار،
Orda şeirin, musiqinin mənbəyi sərçeşmədi qaynar,Nə pərilər kimi fəvvarədən əfşan olub oynar,
شاعر آنجاق اونو آنلار!دولو مهتاب کیمی استخردی فوارهلر ایله،
Şair ancaq onu anlar!Dolu mehtab kimi istəxrdi fəvvarələr ilə,
ملکه اوردا چیمیر، آی کیمی مهپارهلر ایله،گوللو گوشوارهلر ایله.
Məlikə orda çimir, ay kimi mahparələr ilə,Güllü guşvarələr ilə.
شعر و موسیقی شاباش اولمادا، افشاندی پریشان،سانکی آغ شاهیدیر اولماقدا گلین باشینا افشان،
Şeir və musiqi şabaş olmada, əfşandı pərişan,Sanki ağ şahidir olmaqda gəlin başına əfşan,
نه گلینلر کی نه انلیک اوزه سورترله، نه کیرشان،یاخا، نه تولکی، نه دووشان!
Nə gəlinlər ki, nə ənlik üzə sürtərlə, nə kirşan,Yaxa, nə tülkü, nə dovşan!
آغ پریلر، ساری کؤینکلی بولودلاردان انیرلر،سود گؤلونده ملکه ایله چیمیرکن سئوینیرلر،
Ağ pərilər, sarı köynəkli buludlardan enirlər,Süd gölündə məlikə ilə çimirkən sevinirlər,
سئوینیرلر، اویونورلر.قووزایاندا هره الده دولو بیر جام آپاریلار،
Sevinirlər, oyunurlar.Qovzayanda hərə əldə dolu bir cam aparılar,
سانکی چنگیلره، شاعرلره الهام آپاریرلار،
Sanki çəngilərə, şairlərə ilham aparırlar,
دریا قیزلارینا پیغام آپاریرلار
Dərya qızlarına peyğam aparırlar
ده نیزین اؤرتوگو ماوی، افقون سقفی سماوی
Dənizin örtüyü mavi, üfüqün səqfi səmavi
آینا دیر هر نه باخیرسان : یئر اولوب گؤی له مساوی
Aynadır hər nə baxırsan: yer olub göylə müsavi
غرق اونون شعرینه راوی
Qərq onun şeirinə ravi
غرفه لر، آی، بولود آلتیندا اولار تک گؤرونورلر
Qürfələr, ay, bulud altında olar tək görünürlər
گؤز آچیب-یومما، چیراغ لار کیمی یاندیقدا سؤنورلر
Göz açıb-yumma, çıraqlar kimi yandıqda sönürlər
صحنه لر چرخ فلک تک بورولوب، گاه دا چؤنورلر
Səhnələr çərxi-fələk tək burulub, gah da çönürlər
کؤلگه لیک لر سورونورلر
Kölgəliklər sürünürlər
زهره ایواندا الهه شینلینده گؤرونرکن
Zöhrə eyvanda ilahə şənliyində görünərkən
باخاسان حافظی ده اوردا جلالت له گؤررسن
Baxasan Hafizi də orda cəlalətlə görərsən
نه سئور سن
Nə sevərsən
گاه گؤرن حافظ شیراز ایله ایواندا دوروبلار
Gah görən Hafiz-Şiraz ilə eyvanda durublar
گاه گؤرن اورتادا شطرنج قورارکن اوتوروبلار
Gah görən ortada şətrənc qurarkən oturublar
گاه گؤرن سازیله، آوازیله اگلنجه قوروبلار
Gah görən sazıyla, avazıyla əyləncə qurublar
سانکی ساغر ده ووروبلار
Sanki saqər də vurublar
خاجه الحان اوخویاندا، هامی ایشدن دایانیرلار
Xacə əlhan oxuyanda, hamı işdən dayanırlar
او نوالرله پری لر گاه اویوب گاه اویانیرلار
O nəvalarla pərilər gah uyub gah oyanırlar
لاله لر شعله سی، الوان شیشه رنگی بویانیرلار
Lalələr şölələri, əlvan şüşə rəngi boyanırlar
نه خومار گؤزلو یانیرلار
Nə xumar gözlü yanırlar
قاناد ایستیر بو افق، قوی قالا طرلانلی سهند´یم
Qanad istər bu üfüq, qoy qala tərlanlı Səhəndim
ائشید اؤز قصه می، دستانیمی، دستانلی سهند´یم
Eşit öz qissəmi, dastanımı, dastanlı Səhəndim
سنی «حیدر بابا» اول نعره لر ایله چاغیراندا
Səni «Heydərbaba» ol nərələr ilə çağıranda
او سفیل داردا قالان تولکو قووان شئر باغیراندا
O səfil darda qalan tülkü qovan şir bağıranda
شیطانین شیللاغا قالخان قاطیری نوخدا قیراندا
Şeytanın şıllağa qalxan qatırı noxda qıranda
«دده قورقود» سسین آلدیم، دئدیم «آرخامدی» ایناندیم
«Dədə Qorqud» səsin aldım, dedim «arxamdı» inandım
آرخا دوردوقدا «سهندیم» ساوالان تک هاوالاندیم
Arxa durduqda «Səhəndim» Savalan tək havalandım
سئله قارشی قووالاندیم
Selə qarşı qovalandım
«جوشغون»ون دا قانی داشدی، منه بیر هایلی سس اولدو
«Coşqun»un da qanı daşdı, mənə bir haylı səs oldu
هر سسیز بیر نفس اولدو
Hər səssiz bir nəfəs oldu
«باکی »داغلاری دا، های وئردی سسه، قیها اوجالدی
«Bakı» dağları da, hay verdi səsə, qıya ucaldı
او تایین نعرهلری سانکی بو تایدان دا باج آلدی،قورد آجالدیقدا قوجالدی.
O tayın nərələri sanki bu taydan da baj aldı,Qurd acaldıqda qocaldı.
«راحمین» نعرهسی قووزاندی دین توپلار آتیلدی،سئل گلیب نهره قاتیلدی.
«Rəhimin» nərəsi qovzandı, dedin toplar atıldı,Sel gəlib nəhrə qatıldı.
«رستمین» توپلاری سسلندی دیین بوملار آچیلدی،بیزه گول غنچه ساچیلدی.
«Rüstəmin» topları səsləndi, deyin bomlar açıldı,Bizə gül-qönçə saçıldı.
«قورخما گلدیم» دیه، سسلرده منه جان ددی قارداشیاشا اوغلان سیزه داغدان دلی جیران ددی قارداش
«Qorxma gəldim» deyə, səslərdə mənə can dedi qardaşYaşa oğlan, sizə dağdan dəli ceyran dedi qardaş
ائل سیزه قافلان ددی قارداش!داغ سیزه اصلان ددی قارداش!
El sizə qaplan dedi, qardaş!Dağ sizə aslan dedi, qardaş!
داغلی حیدربابانین آرخاسی هر یئرده داغ اولدی،داغا داغلار دایاغ اولدی.
Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu,Dağa dağlar dayaq oldu.
آرازیم آینا چراغ قویمادا، آیدین شافاغ اولدی،او تایین نغمهسی قووزاندی، اورکلر قولاغ اولدی،
Arazım aynaya çıraq qoymada, aydın şəfəq oldu,O tayın nəğməsi qovzandı, ürəklər qulaq oldu,
ینه قارداش دیرک قاچمادا باشلار آیاغ اولدی،قاچدیق، اوزلشدیک آرازدا، ینه گؤزلر بولاغ اولدی،
Yenə qardaş dirək qaçmada başlar ayaq oldu,Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu,
ینه غملر قالاغ اولدی.ینه قارداش سایاغی سؤزلریمیز بیر سایاغ اولدی،
Yenə qəmlər qalaq oldu.Yenə qardaş sayağı sözlərimiz bir sayaq oldu,
وصل ایگین آلمادا، ال چاتمادی، عشقیم داماغ اولدی،هلهلیک غم سارالارکن قارالار دؤندی آغ اولدی،
Vüsal iyin almada, əl çatmadı, eşqim damaq oldu,Hələlik qəm saralarkən qaralar döndü ağ oldu,
آرازین سود گولی داشدی، قایالیقلاردا باغ اولدی،ساری سونبوللره زلف ایچره اوراخلار داراغ اولدی،
Arazın süd gölü daşdı, qayalıqlarda bağ oldu,Sarı sünbüllərə zülf içrə oraqlar daraq oldu,
یونجالیقلار ینه بلدرچینه یای یاز یاتاغ اولدی.گؤزده یاشلار چراغ اولدی،
Yoncalıqlar yenə bildirçinə yay-yaz yataq oldu.Gözdə yaşlar çıraq oldu,
لاله بیتدی یاناغ اولدی،غنچه گولدی، دوداغ اولدی،
Lalə bitdi yanaq oldu,Qönçə güldü, dodaq oldu,
نه صول اولدی، نه صاغ اولدی!ائلیمی آرخامی گؤردیکده ظالم اووچوقیسیلدی،
Nə sol oldu, nə sağ oldu!Elimi arxamı gördükdə zalım ovçu qısıldı,
سئل کیمی ظلمی باسیلدی، زینه آرخ اولدی، کسیلدی،گول گؤزوندن یاشی سیلدی.
Sel kimi zülmü basıldı, zinə arx oldu, kəsildi,Gül gözündən yaşı sildi.
تور قوران اووچی آتین قوومادا سیندی گری قالدی،اوزی گتدی، توری قالدی.
Tor quran ovçu atın qovmada sındı, geri qaldı,Özü getdi, toru qaldı.
اما حیدربابا دا بیلدی کی بیز تک هامی داغلار،باغلانیب قول قولا زنجیرده، بولودلار اودیر آغلار،
Amma Heydərbaba da bildi ki, biz tək hamı dağlar,Bağlanıb qol-qola zəncirdə, buludlar odur ağlar,
نه بیلیم، بلکه طبیعت اوزی نامرده گون آغلار،اگری یوللاری آچارکن، دوز اولان قوللاری باغلار،
Nə bilim, bəlkə təbiət özü namərdə gün ağlar,Əyri yolları açarkən, düz olan qolları bağlar,
صاف اولان سینهنی داغلار!داغلارین هر نه قوچی، طرلانی، جیرانی، مارالی،
Saf olan sinəni dağlar!Dağların hər nə qoçu, tərlanı, ceyranı, maralı,
هامی دوشگون، هامی پوزغون، سینهلر داغلی، یارالی،گول آچان یئرده سارالی!
Hamı düşkün, hamı pozğun, sinələr dağlı, yaralı,Gül açan yerdə saralı!
اما ظن اتمه کی داغلار ینه قالخان اولاجاقدیر،محشر اولماقدادی بونلار، داها ولکان اولاجاقدیر،
Amma zənn etmə ki, dağlar yenə qalxan olacaqdır,Məhşər olmaqdadı bunlar, daha vulkan olacaqdır,
ظلم دنیاسی یانارکنده تیلیت قان اولاجاقدیر!وای! نه طوفان اولاجاقدیر!
Zülm dünyası yanarkən tilit qan olacaqdır!Vay! Nə tufan olacaqdır!
ددین: آذر ائلینین، بیر یارالی نیسگیلییم من،نیسگیل اولسام دا، گولوم! بیر ابدی سوگلییم من،
Dedin: Azər elinin bir yaralı nisgiliyəm mən,Nisgil olsam da, gülüm! Bir əbədi sevgiliyəm mən,
یاد منی آتسا دا، اوز گلشنیمین بولبولییم من،ائلیمین فارسیجادا دردینی سؤیلر دیلییم من،
Yad məni atsa da, öz gülşənimin bülbüliyəm mən,Elimin farsıcada dərdini söylər diliyəm mən,
حقه دوغرو نه قارانلیق ایسه، ائل مشعلییم من،ابدیت گولییم من!
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən,Əbədiyyət güliyəm mən!
نیسگیل اول چرچیه قالسین کی، جواهر نهدی قانمیر،مدنیت ده بین ایلیر بدویت، بیر اوصانمیر،
Nisgil ol çərçiyə qalsın ki, cəvahir nədi qanmır,Mədəniyyətdə min illər bədəviyyət, bir usanmır,
گون گدیر، آز قالا باتسین، گئجهسیندن بیر اویانمیر،بیر اوز احوالینا یانمیر!
Gün gedir, az qala batsın, gecəsindən bir oyanmır,Bir öz əhvalına yanmır!
آتار انسانلیغی، اما یالان انسانی آتانماز،فتنه قووزانماسا بیر گون گئجه آسوده یاتانماز،
Atar insanlığı, amma yalan insanı atanmaz,Fitnə qovzanmasa bir gün gecə asudə yatanmaz,
باشی باشلاره قاتانماز!اما مندن ساری، سن آرخایین اول، شانلی سهندیم،
Başı başlara qatanmaz!Amma məndən sarı, sən arxayın ol, şanlı Səhəndim,
دلی جیرانلی سهندیم.من داها عرش علا کؤلگهسی تک باشدا تاجیم وار،
Dəli ceyranlı Səhəndim.Mən daha ərşi-əla kölgəsi tək başda tacım var,
الده موسی کیمی فرعونه غنیم، بیر آغاجیم وار،حرجیم یوخ، فرجیم وار.
Əldə Musa kimi fironə qənim, bir ağacım var,Hərcim yox, fərəcim var.
من علی اوغلویام، آزادهلرین مردی، مرادی،او، قارانلیقدا مشعل،
Mən Əli oğluyam, azadələrin mərdi, muradı,O, qaranlıqda məşəl,
او، ایشیقلیقلاردا هادی،حقه، ایمانه منادی!
O, işıqlıqlarda hadi,Haqqa, imana münadi!
باشدا سینماز سپریم، الده کوتلمز قلجیم وار!
Başda sınmaz sipərim, əldə kütlənməz qılıncım var!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehriyar-turkce-seir-3
Клавиши ← → для перехода, R — случайное стихотворение