ایسلام اویاتدی خالق باشین قاوزایان قاچیرشیطان باجارمادی کی , یاتانلار اویانماسین

İslam oyatdı xalq başın qovzayan qaçırŞeytan bacarmadı ki, yatanlar oyanmasın

هر رنگی آت , فقط بویان الله بویاغیناهر آلدادان بویاقلارا قلبین بویانماسین

Hər rəngi at, fəqət boyan Allah boyağınaHər aldadan boyaqlara qəlbin boyanmasın

خالقین گؤزون اویاردی شاهین میر غضبلریقوی بیر اویولسون اوز گؤزو تا گؤز اویانماسین

Xalqın gözün oyardı şahın mirğəzəbləriQoy bir uyusun öz gözü ta göz oyanmasın

تبلیغ او پایده گرک اولسون کی موددیبیر نقطه سینده ضعفینه بارماق قویانماسین

Təbliğ o payda gərək olsun ki maddiBir nöqtəsində zəifinə barmaq qoyanmasın

الفاظی مؤحکم ائتملی معنانی چوخ لطیفسؤزلر گرک سوغاندیسا , هر کس سویانماسین

Əlfazı möhkəm etməli, mənanı çox lətifSözlər gərək soğandısa, hər kəs soyanmasın

اما گئجه نمازدا قیلیرسان یاواشجا قیلقوی زحمت ایله هوشلانان اولسا، اویانماسین

Amma gecə namazda qılırsan, yavaşca qılQoy zəhmət ilə huşlanan olsa, oyanmasın

آغزیندا دادلی سؤزلریوی سن ده (شهریار)ائیله پیشیر کی , خالق دادیندان دویانماسین

Ağzında dadlı sözlərini sən də (Şəhriyar)Elə bişir ki, xalq dadından doyanmasın

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов