بار الاها سن بیزه وئر بو شیاطین دن نجاتاینسانین نسلین کسیب ، وئر اینسه بو جین دن نجات

Barilaha sən bizə ver bu şəyatindən nicatİnsanın nəslin kəsib, ver insə bu cindən nicat

ترجمهٔ فارسی

Tərcüməyi-farsi

بیزدن آنجاق بیر قالیرسا ، شیطان آرتیب مین دوغوبهانسی رؤیا ده گؤروم من ، بیر تاپا مین دن نجات

Bizdən ancaq bir qalırsa, şeytan artıb min doğubHansı röyada görüm mən, bir tapa mindən nicat

بئش مین ایلدیر بو سلاطینه گرفتار اولموشوقدین ده گلدی ، تاپمادیق بیز بو سلاطین دن نجات

Beş min ildir bu səlatinə giriftar olmuşuqDin də gəldi, tapmadıq biz bu səlatindən nicat

بیر یالانچی دین ده اولموش شیطانین بیر مهره سیدوغرو بیر دین وئر بیزه وئر بو یالان دین دن نجات

Bir yalançı din də olmuş şeytanın bir mühərəsiDoğru bir din ver bizə, ver bu yalan dindən nicat

هر دعا شیطان ائدیر ، دنیا اونا آمین دئییرقوی دعا قالسین ، بیزه سن وئر بو آمین دن نجات

Hər dua şeytan edir, dünya ona amin deyirQoy dua qalsın, bizə sən ver bu amindən nicat

ارسینی تندیرلرین گودوشلاریندا اویناییرکیمدی بو گودوشلارا وئرسین بو ارسیندن نجات

Ürsünü təndirlərin güdüşlərində oynayırKimdi bu güdüşlərə versin bu ürsüsündən nicat

یا کرم قیل ، کینلی شیطانین الیندن آل بیزییا کی شیطانین اؤزون وئر بیرجه بو کین دن نجات

Ya kərəm qıl, kinli şeytanın əlindən al biziYa ki şeytanın özün ver bircə bu kindən nicat

اؤلدورور خلقی ، سورا ختمین توتوب یاسین اوخوربار الاها خلقه وئر بو حوققا یاسین دن نجات

Öldürür xalqı, sora xətmin tutub Yasin oxurBarilaha xalqa ver bu huqqa Yasindən nicat

دینه قارشی ( بابکی – افشینی ) بیر دکان ائدیببارالاها دینه ، بو بابکدن ، افشین دن نجات

Dinə qarşı (Babəki-Əfşini) bir dükan edibBarilaha dinə, bu Babəkdən, Əfşindən nicat

( ویس و رامین ) تک بیزی رسوای خاص و عام ائدیبویس ده اولساق ، بیزه یارب بو رامین دن نجات

(Vis və Ramin) tək bizi rüsvayi-xas-u-am edibVis də olsaq, bizə ya rəb bu Ramindən nicat

شوروی دن ده نجات اومدوق کی بیر خئیر اولمادیاولماسا چای صاندیقیندا قوی گله چین دن نجات

Şuravidən də nicat umduq ki bir xeyir olmadıOlmasa çay sandığında qoy gələ Çindən nicat

من تویوق تک ، اؤز نینیمده دوستاغام ایللر بویوبیر خوروز یوللا تاپام من بلکی بو نین دن نجات

Mən toyuq tək, öz nənimdə dustağam illər boyuBir xoruz yolla, tapam mən bəlkə bu nənindən nicat

« شهریارین » دا عزیزیم بیر توتارلی آهی واردشمنی اهریمن اولسون ، تاپماز آهین دن نجات

«Şəhriyarın» da əzizim bir tutarlı ahı varDüşməni əhrimən olsun, tapmaz ahından nicat

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов