محرم دیر ، خانیم زینب عزاسیبیزی سسلر حسینین کربلاسی

Məhərrəmdir, xanım Zeynəb əzasıBizi səslər Hüseynin Kərbəlası

یولی باغلی قالیب دشمن الیندهداها زوارینین یوق سس- صداسی

Yolu bağlı qalıb düşmən əlindəDaha zəvvarının yox səs-sədası

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

چاغیر شاه نجف گلسین هرایهجهادیله آچاق یول کربلایه

Çağır Şahi-Nəcəf gəlsin harayəCihadilə açaq yol Kərbəlaya

علی نین ذوالفقاری داده چاتسینحسین قربانلاری گلسین منایه

Əlinin Zülfüqarı dada çatsınHüseyn qurbanları gəlsin Minaya

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

جهاد میدانی دیر، ملت دایانسینمسلمان خواب غفلتدن اویانسین

Cihad meydanıdır, millət dayansınMüsəlman xabi-qəflətdən oyansın

اوجالسین نعره الله اکبرگرک کافر جهنم ایچره یانسین

Ucalsın nərəyi-Allahu-əkbərGərək kafir cəhənnəm içrə yansın

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

گلیب غیرت گونی ، همت زمانیاوجالداق باشدا آذربایجانی

Gəlib qeyrət günü, himmət zamanıUcaldaq başda Azərbaycanı

گئده ک صدام کافرله جهادهییخاق بو بی مروت ائو ییخانی

Gedək Səddam kafirlə cihadaYıxaq bu bi-mürvət ev yıxanı

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

حسین زواری نین قورتاردی صبریقیراق بو قوردلاری ، کافتاری ، ببری

Hüseyn zəvvarının qurtardı səbriQıraq bu qurdları, kaftarı, bəbri

آچاق یول کربلایه ، کاظمینهچکک آغوشه او شش گوشه قبری

Açaq yol Kərbəlaya, KazimeynəÇəkək ağuşa o şeş guşə qəbri

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

گرک دین اولماسا ، دونیانی آتماقشرف ،عزتلی بیر دونیا یاراتماق

Gərək din olmasa, dünyanı atmaqŞərəf, izzətli bir dünya yaratmaq

سعادت دیر حسین قربانلاری تکشهادتله لقاء اللهه چاتماق

Səadətdir Hüseyn qurbanları təkŞəhadətlə liqaullaha çatmaq

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

مسلمان صف چکیب دعوایه گلسینچاغیر عباسی تاسوعایه گلسین

Müsəlman səf çəkib davaya gəlsinÇağır Abbası Tasuaya gəlsin

قیزی زینب أوزی صاحب عزادیرچاغیر زهرانی عاشورایه گلسین

Qızı Zeynəb özü sahib əzadırÇağır Zəhranı Aşuraya gəlsin

( بوگون کرب بلا ویران اولوب دیر )(حسین أوز قانینا غلطان اولوب دیر )

(Bu gün Kərbəla viran olubdur)(Hüseyn öz qanına qəltan olubdur)

آنا ! اوغلون شهید اولدی مبارکشهادتله سعید اولدی ، مبارک

Ana! Oğlun şəhid oldu, mübarəkŞəhadətlə səid oldu, mübarək

امید جنتین تاپدین ، دا سندنجهنم ناامید اولدی ، مبارک

Ümid cənnətin tapdın, da səndənCəhənnəm naümid oldu, mübarək

( بئله طوی کیم گؤروب دنیاده قاسم )( طویی یاسه دؤنن شهزاده قاسم )

(Belə toy kim görüb dünyada Qasım)(Toyu yasa dönən şahzadə Qasım)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Плачи