خان ننه ، هایاندا قالدینبئله باشیوا دولانیم

Xan nənə, hayanda qaldınBelə başına dolanım

نئجه من سنی ایتیردیم !دا سنین تایین تاپیلماز

Necə mən səni itirdim!Da sənin tayın tapılmaz

سن اؤلن گون ، عمه گلدیمنی گه تدی آیری کنده

Sən ölən gün, əmə gəldiMəni gətdi ayrı kəndə

من اوشاق ، نه آنلایایدیم ؟باشیمی قاتیب اوشاقلار

Mən uşaq, nə anlayaydım?Başımı qatıb uşaqlar

نئچه گون من اوردا قالدیمقاییدیب گلنده ، باخدیم

Neçə gün mən orda qaldımQayıdıb gələndə, baxdım

یئریوی ییغیشدیریبلارنه اؤزون ، و نه یئرین وار

Yerini yığışdırıblarNə özün, və nə yerin var

« هانی خان ننه م ؟ » سوروشدومدئدیلر کی : خان ننه نی

«Hanı xan nənəm?» soruşdumDedilər ki: Xan nənəni

آپاریبلا کربلایهکی شفاسین اوردان آلسین

Aparıblar KərbəlayaKi şəfasın ordan alsın

سفری اوزون سفردیربیرایکی ایل چکر گلینجه

Səfəri uzun səfərdirBir-iki il çəkər gəlincə

نئجه آغلارام یانیخلینئچه گون ائله چیغیردیم

Necə ağlaram yanıqlıNeçə gün elə çığırdım

کی سه سیم ، سینم توتولدواو ، من اولماسام یانیندا

Ki səsim, sinəm tutulduO, mən olmasam yanında

اؤزی هئچ یئره گئده نمه زبو سفر نولوبدو ، من سیز

Özü heç yerə gedə bilməzBu səfər nolubdu, mənsiz

اؤزو تک قویوب گئدیبدیر ؟هامیدان آجیق ائده ر کن

Özü tək qoyub gedibdir?Hamıdan acıq edərkən

هامییا آجیقلی باخدیمسونرا باشلادیم کی : منده

Hamıya acıqlı baxdımSonra başladım ki: mən də

گئدیره م اونون دالینجادئدیلر : سنین کی تئزدیر

Gedirəm onun dalıncaDedilər: sənin ki, tezdir

امامین مزاری اوستهاوشاغی آپارماق اولماز

İmamın məzarı üstəUşağı aparmaq olmaz

سن اوخی ، قرآنی تئز چیخسن اونی چیخینجا بلکی

Sən oxu, Quranı tez çıxSən onu çıxınca bəlkə

گله خان ننه سفردن

Gələ xan nənə səfərdən

ته له سیک روانلاماقدااوخویوب قرآنی چیخدیم

Tələsik rəvanlamaqdaOxuyub Quranı çıxdım

کی یازیم سنه : گل ایندیداها چیخمیشام قرآنی

Ki yazım sənə: gəl indiDaha çıxmışam Quranı

منه سوقت آل گلندهآما هر کاغاذ یازاندا

Mənə sovqat al gələndəAmma hər kağız yazanda

آقامین گؤزو دولاردیسنده کی گلیب چیخمادین

Ağamın gözü dolardıSən də ki gəlib çıxmadın

نئچه ایل بو اینتظارلاگونی ، هفته نی سایاردیم

Neçə il bu intizarlaGünü, həftəni sayardım

تا یاواش – یاواش گؤز آچدیمآنلادیم کی ، سن اؤلوبسن !

Ta yavaş-yavaş göz açdımAnladım ki, sən ölübsən!

بیله بیلمییه هنوزدااوره گیمده بیر ایتیک وار

Belə bilməyə hənuzdaÜrəyimdə bir itik var

گؤزوم آختارار همیشهنه یاماندی بو ایتیکلر

Gözüm axtarar həmişəNə yamandı bu itiklər

خان ننه جانیم ، نولیدیسنی بیرده من تاپایدیم

Xan nənə canım, nolaydıSəni bir də mən tapaydım

او آیاقلار اوسته ، بیردهدؤشه نیب بیر آغلایایدیم

O ayaqlar üstə, bir dəDöşənib bir ağlayaydım

کی داها گئده نمییه یدینگئجه لر یاتاندا ، سن ده

Ki daha gedə bilməyəydinGecələr yatanda, sən də

منی قوینونا آلاردیننئجه باغریوا باساردین

Məni qoynuna alardınNecə bağrına basardın

قولون اوسته گاه سالاردینآجی دونیانی آتارکن

Qolun üstə gah salardınAcı dünyanı atarkən

ایکیمیز شیرین یاتاردیقیوخودا ( لولی ) آتارکن

İkimiz şirin yatardıqYuxuda (lüli) atarkən

سنی من بلشدیره ردیمگئجه لی ، سو قیزدیراردین

Səni mən bələşdirərdimGecəli, su qızdırardın

اؤزووی تمیزلیه ردینگئنه ده منی اؤپه ردین

Özünü təmizlərdinYenə də məni öpərdin

هئچ منه آجیقلامازدینساواشان منه کیم اولسون

Heç mənə acıqlamazdınSavaşan mənə kim olsun

سن منه هاوار دوراردینمنی ، سن آنام دؤیه نده

Sən mənə havar durardınMəni, sən anam döyəndə

قاپیب آرادان چیخاردینائله ایستیلیک او ایسته ک

Qapıb aradan çıxardınElə istilik o istək

داها کیمسه ده اولورمو ؟اوره گیم دئییر کی : یوخ – یوخ

Daha kimsədə olurmu?Ürəyim deyir ki: yox-yox

او ده رین صفالی ایسته کمنیم او عزیزلیغیم تک

O dərin səfalı istəkMənim o əzizliyim tək

سنیله گئدیب ، توکندیخان ننه اؤزون دئییردین

Səninlə gedib, tükəndiXan nənə özün deyirdin

کی : سنه بهشت ده ، اللهوئره جه ک نه ایستیور سن

Ki: sənə behiştdə AllahVerəcək nə istəyirsən

بو سؤزون یادیندا قالسینمنه قولینی وئریبسه ن

Bu sözün yadında qalsınMənə qolunu veribsən

ائله بیر گونوم اولورسابیلیرسن نه ایستیه رم من ؟

Elə bir günüm olursaBilirsən nə istəyərəm mən?

سؤزیمه درست قولاق وئر :سن ایله ن اوشاخلیق عهدین

Sözümə dürüst qulaq ver:Sən ilən uşaqlıq əhdin

خان ننه آمان ، نولیدیبیر اوشاخلیغی تاپایدیم

Xan nənə aman, nolaydıBir uşaqlığı tapaydım

بیرده من سنه چاتایدیمسنیلن قوجاقلاشایدیم

Bir də mən sənə çataydımSəninlən qucaqlaşaydım

سنیلن بیر آغلاشایدیمیئنیدن اوشاق اولورکن

Səninlən bir ağlaşaydımYenidən uşaq olurkən

قوجاغیندا بیر یاتایدیمائله بیر بهشت اولورس

Qucağında bir yataydımElə bir behişt olursa

داها من اؤز الله هیمدانباشقا بیر شئی ایسته مزدیم

Daha mən öz AllahımdanBaşqa bir şey istəməzdim

۱۳۵۵

1355

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов