سیزلاییر احوالیما صوبحه قدر تاریم منیم
سیزلاییر احوالیما صوبحه قدر تاریم منیمتکجه تاریم دیر قارا گونلرده غمخواریم منیم
Sızlayır əhvalıma sübhə qədər tarım mənimTəkcə tarımdır qara günlərdə qəmxarım mənim
چوخوفالی دوستلاریم واردیر، یامان گون گلجهیینتاردان اؤزگه قالماییر یار وفاداریم منیم
Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyinTardan özgə qalmayır yari-vəfadarım mənim
یئر توتوب غمخانهده، قیلدیم فراموش عالمیمن تارین غمخواری اولدوم، تار غمخواریم منیم
Yer tutub qəmxanədə, qıldım fəramuş aləmiMən tarın qəmxarı oldum, tar qəmxarım mənim
گوزلریمه هر تبسم سانجیلیر نئشتر کیمیکیپریگی خنجردی، آه، اول بیوفا یاریم منیم
Gözlərimə hər təbəssüm sancılır nəştər kimiKirpiyi xəncərdi, ah, ol bivəfa yarım mənim
آسمان آلدی کناریمدان آی اوزلو یاریمییاش توکر اولدوز کیمی بو چشم خونباریم منیم
Asiman aldı kənarımdan ay üzlü yarımıYaş tökər ulduz kimi bu çeşmi-xunbarım mənim
ای بو غملی گونلومون تاب و توانی، سویله بیرعهد و پیمانین نه اولدو، نولدو ایلغاریم منیم
Ey bu qəmli könlümün tab-u-tavanı, söylə birƏhd-peymanın nə oldu, noldu ilqarım mənim
شهریارم گرچی من سؤز مولکونون سلطانییمگؤز یاشیمدان باشقا یوخدور درِّ شهواریم منیم
Şəhriyarəm gərçi mən söz mülkünün sultanıyamGöz yaşımdan başqa yoxdur dürri-şəhvarım mənim
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehriyar-turkce-seir-30
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Xoşbəxtlik verirdimMartın səkkizində təbrik elədim,– Bayramın mübarək,
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,