Dördüncü hissə, 7. Qırğı
Çayın qırağında nə vardı? Ömər aşırımına tərəf nə görmüşdü? Ora getməyin təhlükəli olduğunu bilmirdimi? Komandir gedir, mən ondan gözümü çəkmirdim. Arada snayperin durbinindən də baxırdım. O, gözlərim baxa-baxa qeybə çəkildi. Elə bil, çəmənlikdə sağa-sola uçan kəpənək qəfil öz rəngində olan çiçəklərin üstünə qondu, qanadlarını açdı və görünməz oldu. Kəpənək gülün ləçəyindən qopmuşdu. Çəmənliyi o qədər sevirdi ki, Tanrı ona can vermişdi. Sağa-sola uçur, istədiyi yerə qonub gülün-çiçəyin bir parçasına dönürdü. Komandir də indi canından artıq sevdiyi vətən torpağının bir daşı, bir ağacı, bir otuydu. Bir azdan yenidən canlanacaq, yanımıza qayıdacaqdı.
Hərbi hissədə vur-çatlasın vardı. Qaçırdılar, idman edirdilər, qışqırırdılar. Səs-küyləri aləmi götürmüşdü. Elə bil, bir saatdan sonra qanlı döyüşə girəcəkdilər. Bunlar Dəmirçidamda gördüyümüz əsgərlərə bənzəmirdi. Həm çox idilər, həm də canlı. Lakin diqqətlə baxanda bu hay-küyün keçici, yalançı bir şey olduğunu aydınca hiss edirdin.
Komandir hərbi hissənin belə coşub-çağlayan vaxtı gedib onların içinə də düşə bilərdi. Avtomatının səsboğucusunu açıb mənə verəndə buna qəti şübhəm qalmadı. Gedərdi. Ondan nə desən çıxardı. Rusca da bilirdi, rusa da oxşayırdı. Gedərdi, lap ştaba girib hərbi sənədlər də götürərdi.
Yaş və soyuq otların üstünə uzanmışdıq. Tərpənə bilməzdik. Ətrafı müşahidə edə-edə komandirin yoxa çıxdığı yerdən gözümü çəkmirdim. Ləzgi də oraları marıtlamışdı. Arada necə udqundusa, boğazından xırçıltı səsi gəldi. O da həyəcanlıydı. Pıçıldamaqdan özünü saxlaya bilmirdi:
“Bu, hara getdi?”
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-7-qirgi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Komandirin qayaya sarı getdiyini görəndə, elə bildim, meşədən hücum var, təhlükəni bizdən yayndırmaq üçün istiqaməti dəyişir. Sonra düşündüm ki, yox, qorxusundan qayalıqda gizlənməyə qaçır. Başını səs dinləyirmiş kimi azca qaldıranda hər iki qənaətimin yanlış olduğunu anladım. Mən heç nə eşitməsəm də, komandirin bir səs aldığını hiss edirdim. Onun nə etdiyini özüm üçün tam aydınlaşdırmamış yerimdən tərpənə bilməzdim. Gözlədim. Mənim vəzifəm qrupun yeganə durbini ilə ətrafı izləmək, komandirin təhlükəsiz hərəkətinə şərait yaratmaq idi.Qayanın yanından iri addımlarla meşəyə tərəf gedəndə qalxıb ardınca düşmək istədim, lakin yenə özümü saxladım. Bütün qrup ardımca gələcəkdi. Meşədə düşmən vardısa, mühasirəyə düşərdik.
İkinci hissə, 4. Komandir“Kaş” söylədim söyləməyinə, lakin biz istəyən olmadı. Arxasından qara tüstü verən “UAZ” nərildəyə-nərildəyə dağı o üzə aşdı. Maşının belə əziyyətlə hərəkət etməsi düşmənin zəifliyinin əlaməti kimi içimdə rahatlıq yaratdı.Biz geniş dərə boyu iki saata yaxın müşahidə aparıb meşənin ortasında qərar tutmuş yoldaşların yanına qayıtdıq. Axşamacan dincəldik, qaranlıq düşəndə hərəkətə başladıq. Gecə “UAZ”-ın dırmaşdığı dağı aşıb Yanşaq tərəfə sallandıq. Sərt uçurumla irəliləyib çəmənliyə çıxdıq. Qaranlıq hələ çəkilmədiyinə görə çəmənliyi birlikdə adladıq. Yanşağın yaxınlığındakı meşədə yerləşib səhərin açılmasını gözlədik.
İkinci hissə, 5. Polkovnik Nəbiyev“Dil” gətirmək əmri verməmişdim, lakin bizim kəşfiyyatçılar bilirdilər ki, erməni əsirliyində çoxlu adamlarımız var, hər gətirilən girov onların bir neçəsinin azad olunması deməkdir.Orucov ilk əməliyyatından böyük uğurla qayıtmışdı. Bütün tapşırıqları ən incə detallarınacan yeri-nə yetirməklə qalmayıb girov da gətirmişdi. Biz kəşfiyyatçılarımızın müşahidə ilə əldə etdiyindən əlavə girov gətirilən həmin əsgərdən də çox qiymətli məlumatlar aldıq, sonra üç nəfər mülki şəxslə dəyişdik.
İkinci hissə, 6. KomandirPolkovnik “Azad” komandası vermədən ayağa qalxıb otaqda gəzişməyə başladı:“Hər əsgərə beş min istəyirlər!” - dayanıb üzümə baxdı - “Ordu deyil, mafiyadır! Sizin qarşınızda hərbçilər deyil, quldurlar dayanıb, bilirsizmi?”
Стихи других поэтов
Vəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında
EləməQadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz