Dördüncü hissə, 8. Komandir
Hara gedəcəkdim? Ömər üzdəki topların markasını yazmaq istəyirdim. Yazdım da. İkisi özü hərəkət edən dördtəkərli top idi və bizim mövqeləri vurmaq üçün hazır dayanmışdı. Toplar yerləşən yerə yol təzə çəkilmişdi. Deməli, topları da təzə gətirmişdilər.
Bir neçə saat müşahidə aparıb Murovun Kəlbəcər yaxasına çəkilən bütün yeni yolları qeydə aldım və yavaş-yavaş geri qayıtdım.
Qırğı da, Ləzgi də gəlib onların yanına çatanacan harda olduğumu, necə qayıtdığımı görməmişdilər. Özüm öz işimdən razıydım. Əgər Qırğı kimi kəşfiyyatçı gözləri baxa-baxa məni itirib heç yerdə tapmamışdısa, düşmən heç cür görə bilməzdi.
Yanlarına çatıb səsimi çıxaranda diksindilər.
Və sevindilər.
Qırğı necə ah çəkdisə, ağacların yarpağı əsdi. Bu an başımızın üstündəki ildırımötürən vışkada it hürdü. Diksindim. İtin ipini tutmuş iki qara geyimli hərbçi dağın qənşərinə çıxıb yan-yörəni yoxladı. İt bizi görmüşdü, ancaq hərbçilər unamazdı. Bir az boylanıb geri qayıtdılar. Mən Kapitan Rəşidovla əlaqəyə girdim. Bu dəfə 7-ci dalğada rastlaşdıq və dedim:
“Qəşəng bayram süfrəsi açmışıq, bolluqdur. Ancaq bizi görürlər, süfrəni yığışdırmalıyıq. Yoxsa qonaq gələcək.”
“Qərarı özün ver, mən bu işi sənə həvalə edirəm” - söylədi və əlaqəni kəsdi. Uzun danışmaq olmazdı.
Qırğı ilə Ləzgiyə meşəyə sürünüb mövqe tutmaq əmrini verdim. Biz durduğumuz yer açıqlıq idi. Çəkiliş üçün qabağa çıxmışdıq. Görünə bilərdik. Yaxud itlə yanımıza yenərdilər. Özüm bir az qalıb açığa çıxıb-çıxmadığımızı yoxladım. Deyəsən, təhlükə fikirləşdiyim qədər ciddi deyildi.
Uşaqların yanına qayıdıb vəziyyəti qısaca izah elədim. Dedim, mühasirəyə düşsək, bir-bir çıxmağa çalışacağıq. Salamat çıxan Qonurdağın başına qayıtsın, orda görüşək.
Gündüz olsa da, geriyə hərəkət etmək əmrini verdim. Bu dəfə qabağa özüm düşdüm. Başqa heç kimə arxayın ola bilməzdim.
Qonurdağla üz-üzə ermənilərin boş qalmış postu vardı. Yardımçı post sayılırdı. Gələndə boş olduğunu müşahidə etmişdim. Buludların kölgəsi ilə həmin zirvəyə doğru hərəkət etdim. Günəş çıxanda otun altına soxulurdum. Torpağın nəmi və soyuğu ayağımdakı qəlpələrə nəğmə oxudurdu. Canıma düşən üşütmə də, ayaqlarımın sızıltısı da məni səbəbsiz yerə toxtadırdı.
Günortadan bir az əyiləndə posta çatdıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-8-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?
Birinci hissə, 11. KomandirDeyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.
Birinci hissə, 12. Kapitan Rəşidov“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.
Birinci hissə, 13. KomandirKolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.