Dördüncü hissə, 9. Qırğı
Yardımçı posta çıxmağımızın mənasını sonralar anladım. Əgər, doğrudan da, düşmən bizi görmüşdüsə, komandirin bu hərəkətindən sonra şübhələri qalmaz, bizi öz əsgərləri zənn edərdilər. Bura blindaj da sayılmazdı. Balaca idi. Kovuş demək daha doğru olardı. Hətta deşik, kalafa lap uyğun gəlirdi. Xəndəyin üstündəki kirli fənərdən miskinlik yağırdı. Hələ qatlanmış yorğan döşəyin hisi-pası. Avtomatın ucuyla araladım, bit qarışqa kimi qaynaşırdı. Ətrafa kirli paltarlar atılmışdı. Bəlkə, diqqətlə axtarsan, zibilliyin arasında əsgər meyiti də tapardın. Belə bir postun əsgəri heç vaxt yaxşı vuruşa bilməzdi. Orada təəssüf etdim, dedim, kaş bircə aylıq döyüş əmri verilə, gör buraları necə götürərik. Onda kəşfiyyat da asanlaşar.
Düşmən əsgərlərinin miskin həyatını hər detalıyla bəlli edən bu postda çox qalmadıq. Dağın uçurum yaxasıyla dərəyə endik. Bura dağın quzeyi idi. Gün tutmurdu. Və o qədər narahat idi ki, kiminsə burdan aşağı yenəcəyini təsəvvür eləmək olmazdı.
Dərəyə düşəndə qaranlıq qovuşurdu. Yardımçı postdan gündüz vaxtı yenməyimiz yaxşı oldu, gecə o uçurumlarda hərəkət edə bilməzdik.
Dərədəki çayın qırağında bir az dincimizi alıb yemək yedik. Yenə yağış yağdı. İki-bir, üç-bir daşların altına sığınıb gözlədik. Gecənin yarısı komandir bizi qaldırdı. Qonurdağa otların içiylə qalxdıq. Ot o qədər uzanmışdı ki, az qala bizi itirirdi.
Günəşi Qonurdağın başında qarşıladıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-9-qirgi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gecə səhərəcən yumurtası tərs gələn toyuq kimi döyükdüm. Bütün qrup həyəcan içindəydi. Gizir Səfərovun ürəyi partlayırdı. Bir neçə dəfə özündən çıxıb komandirin ardınca getmək istədi, tutub-saxladıq. Axırı ona sakitləşdirici dərman verməli olduq, lakin dərman onun həyəcanını daha da artırdı. İki nəfər qolundan sallaşmışdı. Arada ağzını da tuturdular ki, söyüş söyəndə səsi eşidilməsin.Gecə boyu Maralı müşahidə nöqtəsində saxladıq. İtlər hürüşdükcə nəfəsi titrəyirdi. Bəzən həyəcandan tıncıxır, danışa bilmirdi. İtlərin hər hürüşməsinə bir dəfə sevinir, bir dəfə həyəcanlanırdıq. İt hürürdüsə, demək, komandir sağ idi, eyni zamanda, hər hürüşmənin ardınca onun görülmə ehtimalı artırdı.
İkinci hissə, 22. KomandirHava ağarmamış geriyə - Zod tərəfə hərəkət etməliydik. Kəlbəcərin qızıl mədənlərində 24 saat qızğın iş gedirdi. Dağları nəhəng həşərat kimi gəmirib yeyirdilər. Zodun dəmir yoluna yük maşınları işləyirdi. Mühafizə güclü olsa da, ordan girov götürmək burdan asan olardı. Hərbçilər yol boyu bütün yük maşınları ilə birlikdə hərəkət etmirdilər. Orda o qədər müşahidə aparmışdım ki, az qala hansı saatda hansı maşının, hansı avtobusun gəldiyini bilirdim. Qızıl mədənlərinin relyefi pusqu qurmağa əlverişli idi. Vəziyyəti Mazanova qısa izah edib onu yenə “mişen” təyin etdim və hərəkətə başladıq.Yorğun dəvələr üst-başının toz-torpağını tökə-tökə ayağa qalxdılar və ağır-ağır addımladılar. Zoda tərəf hərəkət zamanı Mazanovu sağ-salamat qayıtmağıma sevinib quş kimi qanadlanan Gizir Səfərov və Əsgər Hüseynov müşayiət edirdilər.
İkinci hissə, 23. Gizir SəfərovMən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.
İkinci hissə, 24. KomandirSuyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”
Стихи других поэтов
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,