Dördüncü hissə, 10. Komandir
Ot adamdan hündür idi. Qantəpər çiçəkləri əl boyda açılmışdı. Yarpaqlarda muncuqlanan yağış damcıları günəşdə almaz kimi bərq vururdu. Otu yara-yara bulağın yanına çatdıq. Dağın başında nadir hallarda bulaq olur. Tanrı Qonurdağa belə bir hədiyyə eləmişdi. Bulağın üstündə ot daha da sıxlaşırdı. Bəlkə, yay uzunu bura heç kimin ayağı dəyməmişdi. Bulağın həndəvərində mövqe tutub dincəlirdik. Mürgüləyənlər də vardı. Birdən otluğun beş-altı yerdən dalğalandığını gördüm. Dalğa bizə tərəf axırdı. Mühasirəyə düşdüyümüzü düşündüm. Uşaqları cəmləyib “kalso” yaratdım. Çavuş Hüseynov - bizim Maral gözə dəymirdi. Otların arasında onu tapmaq vaxt aparacaqdı. Yəqin hardasa yatıb qalmışdı. İndi güllə səsinə oyanardı. Onun necə diksinəcəyini düşünüb gülümsədim. Təkcə otların tərpənişi deyil, xışıltısı da yaxınlaşmışdı. Silahları səsə tərəf çevirib həyəcanla gözlədiyimiz an Maral qışqıra-qışqıra bizə tərəf qaçdı. O, avtomatın qayışından yapışıb arxasınca sürüyürdü. Bizə yaxınlaşan dalğa onun səsindən ürküb sürətlə aralandı və otun seyrələn yerində bir dəstə maral göründü.
Maralın biri otlaya-otlaya Çavuş Hüseynovla burun-buruna gəlmiş, onu oyatmış, Hüseynov təşviş içində qışqıraraq bizə tərəf götürülmüşdü.
Rəfiyev ona baxıb ağzını əydi:
“Qorxaq!”
Qırğı lap dərinə getdi:
“Maral maraldan qorxdu!”
Gülüşmə düşdü.
Əslində, biz Qırğının zarafatına yox, təhlükənin sovuşmasına gülürdük.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-10-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təmas xəttini bu nöqtədən ilk dəfə keçirdim. Canımda üşütmə vardı. Buz üstünə çıxan buzov kimi titrəyirdim. Əvvəla, nəinki düşmən, heç biz tərəfdə basdırılan minaların da yerini bilmirdik. 701-in vaxtından nə basdırılmışdı, hara basdırılmışdı, məlumat yox idi. İkincisi, düşmən öz tərəfində istehkamı möhkəmləndirmişdi. Aldığımız məlumata görə, onlar müasir və həssas piyada minaları əldə etmişdilər. Üçüncüsü və ən vacibi, bizim sapyorlara inanmırdım. Ayağımı hər atanda on dəfə dua, hər çəkəndə on dəfə şükür edirdim. Canlı hədəf idim. “Mişen”.Sapyorların açdığı cığır tərtəmiz idi. Ön xətti sağsalamat keçib dərə boyu Qonurdağa üz tutduq. Ağ çınqılı yenib dağa dikləşəndə yağış başladı, zirvəyə çatanda daha da gücləndi. Ağ yağış deyirdilər buna. Damcısı iri yağışlar adətən uzun-uzadı yağmır. Ağ yağış iri damcılarla gün ərzində fasilələrlə yağır, bəzən saatlarla şıdırğı tökür. Adamı vahimə basır. Elə bilirsən, dağları sel yuyub aparacaq. Hələ ildırım! Qulağının dibində çaxır. Biz çıxan zirvələrin başı buludu dəlib keçir. Demək, ildırım başımızın üstündə yox, qulağımızın dibindədir. İldırımı çəkməsin deyə rabitə qurğusunun daşını çıxartdıq.
Dördüncü hissə, 6. KomandirKamera məndə, snayper Qırğıda, durbin Ləzgidə... Biz Kəlbəcər tərəfki dağın yaxasından düşmən postları yerləşən Ömər aşırımına baxırdıq. Aramızdan axan Lev çayının səsi Xaçını xatırladırdı. Görəsən, Xaçınla hardasa qovuşurdular? Suları bir-birinə qarışırdı?Dağlara qəribə mənzərə açılmışdı. Kəlbəcər üzdən Murov fərqli görünürdü. Zirvələr daha hamar, yamaclar daha tumarlı. Hər yerə təzə yollar çəkmişdilər. Bu yolları tələsmədən kameraya aldım. İrəli çıxanda artıq Cəmilli qərargahı görünürdü. Hərbi hissə köhnə ferma yerində salınmışdı. Aramız üç yüz-dörd yüz metr olardı. Bir az qabağa gedib kameranı işə saldım. Əsgərlər səhər düzülüşünə çıxmışdılar. Kamera uzaqdan yaxşı götürmürdü deyə bir az da yaxınlaşmaq lazım gəlirdi. Uşaqlara dayanıb maskalanmaq işarəsi verib özüm, təxminən, 80-90 addım irəli çıxdım, çəkiliş üçün yaxşı mövqe seçib kameranı işə saldım. Üstündə işıq yanırdı. Diqqət çəkə bilərdi. Ancaq daha bundan keçmişdi.
Dördüncü hissə, 7. QırğıÇayın qırağında nə vardı? Ömər aşırımına tərəf nə görmüşdü? Ora getməyin təhlükəli olduğunu bilmirdimi? Komandir gedir, mən ondan gözümü çəkmirdim. Arada snayperin durbinindən də baxırdım. O, gözlərim baxa-baxa qeybə çəkildi. Elə bil, çəmənlikdə sağa-sola uçan kəpənək qəfil öz rəngində olan çiçəklərin üstünə qondu, qanadlarını açdı və görünməz oldu. Kəpənək gülün ləçəyindən qopmuşdu. Çəmənliyi o qədər sevirdi ki, Tanrı ona can vermişdi. Sağa-sola uçur, istədiyi yerə qonub gülün-çiçəyin bir parçasına dönürdü. Komandir də indi canından artıq sevdiyi vətən torpağının bir daşı, bir ağacı, bir otuydu. Bir azdan yenidən canlanacaq, yanımıza qayıdacaqdı.Hərbi hissədə vur-çatlasın vardı. Qaçırdılar, idman edirdilər, qışqırırdılar. Səs-küyləri aləmi götürmüşdü. Elə bil, bir saatdan sonra qanlı döyüşə girəcəkdilər. Bunlar Dəmirçidamda gördüyümüz əsgərlərə bənzəmirdi. Həm çox idilər, həm də canlı. Lakin diqqətlə baxanda bu hay-küyün keçici, yalançı bir şey olduğunu aydınca hiss edirdin.
Dördüncü hissə, 8. KomandirHara gedəcəkdim? Ömər üzdəki topların markasını yazmaq istəyirdim. Yazdım da. İkisi özü hərəkət edən dördtəkərli top idi və bizim mövqeləri vurmaq üçün hazır dayanmışdı. Toplar yerləşən yerə yol təzə çəkilmişdi. Deməli, topları da təzə gətirmişdilər.Bir neçə saat müşahidə aparıb Murovun Kəlbəcər yaxasına çəkilən bütün yeni yolları qeydə aldım və yavaş-yavaş geri qayıtdım.
Стихи других поэтов
Məni bir salatın dəvət elədi,Dedi: oğlan, al badanı bir-bir çək
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Bəxt mənə yar olub şahi-Suleyman bu günBəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır