Axırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.

Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.

Bölükdə su vardı, yüngül xərclə kolonka quraşdıra bilsəm, onu qızdırmağa odun da tapılardı. Ətraf meşəlik idi. Hər əsgər “veş-meşok”unda beş-altı odun gətirsə, bəs edərdi.

Sumqayıtda həm də qiymətlərlə maraqlanacaqdım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 6. Komandir

Polkovnik “Azad” komandası vermədən ayağa qalxıb otaqda gəzişməyə başladı:“Hər əsgərə beş min istəyirlər!” - dayanıb üzümə baxdı - “Ordu deyil, mafiyadır! Sizin qarşınızda hərbçilər deyil, quldurlar dayanıb, bilirsizmi?”

20182 мин
İkinci hissə, 7. Kapitan Rəşidov

Elə bu məqamdaca isti-isti etiraf edim ki, “kambriq”in hazırladığı əməliyyatdan ağlım bir şey kəsmirdi. Nəyə görə? Ermənilər altı nəfərin dumanda azıb əsir düşməsinə görə biz tərəfin əməliyyat keçirəcəyini bilirdi. Əməliyyat da nə olacaq? Müharibəyə başlayası deyildik ki! Girov gətirib əsgərlərlə dəyişəcəkdik. Ona görə təmas xəttini gücləndirmiş, ehtiyat tədbirlər görmüşdülər.Görünür, Polkovnik Nəbiyev mənim könülsüz olduğumu hiss edib bölük və taqım komandirləri ilə görüşdə iştirak etməyimi məsləhət bilmədi. Dedi, icazə ver, onları sənsiz, özüm qəbul edim. Dedim, buyur. Onlar söhbət edəndə mən qərargahda, öz iş otağımda gözləyirdim.

20181 мин
İkinci hissə, 8. Komandir

Kapitan Rəşidov qayğılıydı. Deyəsən, işi bacaracağımıza inanmırdı. Əməliyyat planını hazırlayandan sonra səsindəki yorğunluq diqqətimdən qaçmadı:“Uşaqlar, yəqin, Polkovnik Nəbiyev özü sizə deyib, nə edirsiniz-edin, atəşkəs pozulmasın. Unutmayın, kəşfiyyat əməliyyatı briqada komandirinin, atəşkəsə diqqət etmək baş qərargahın tapşırığıdır.”

20181 мин
İkinci hissə, 9. Gizir Səfərov

Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”

20185 мин

Стихи других поэтов