Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər,Kim inanır bu sözə, göz görə böhtan dedilər.

Zülfünə söylədilər müşki-Xəta, nafeyi-Çin,Həqqini bilmədilər, hərfi-pərişan dedilər.

Gördülər qan içici gözlərini əhli-nəzər,Bu sitəmgərləri axırda tutar qan, dedilər.

Gətdilər duzəx odun aşiq uçün dünyayə,O cigərsuz odun adını hicran dedilər.

Макта — последний бейт с тахаллусом поэта. Hicr dərdinə dəva sordum ətibbalərdən,Dəhənin vəslinə, Seyyid, genə dərman dedilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви