Ənbər saçılır, qafileyi-ud gəlibdir,Guya ki, genə çəngü dəfü ud gəlibdir.

Xurşid genə tale olub bürci-həməldən,Beytüş-şərəfə əxtəri-məsud gəlibdir.

Əyyami-bahar oldu, açıldı gülü lalə,Dünyayə məgər cənnəti-mövud gəlibdir?

Bütxaneyi-Şirvanə genə bir büti-ziba,Ya surəti-insanə o məbud gəlibdir.

Ol qaşı hilalım yetişib həddi-kəmalə,Bildirki ziyanın eləyib sud, gəlibdir.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, gəlib ol gövhəri-nayab səfərdən,Gövhər saçılır, lölöi-mənzud gəlibdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе