Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs,Məxfi qalsın söz, nihani canə eylərsən həvəs.
Gəh sözün meyxanədir, gahi xəyalın saqidir,Cənnət istərsən, yəqin qılmanə eylərsən həvəs.
Yox işin sirri-dəhani-yari sormaqdan siva,Sən məgər hər nükteyi-pinhanə eylərsən həvəs.
Ey dili-məcruh, yox müşk ilə zəxmin sazişi,Bəs neçin ol zülfi-müşkəfşanə eylərsən həvəs.
Gəh təmənna tiğin eylərsən, gəhi peykanını,Yardən hər ləhzə bir ehsanə eylərsən həvəs.
Ey xəyali-yar, çıxmazsan könüldən, bilməzəmSən neçün bu mənzili-viranə eylərsən həvəs?
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, sal boynuva zünnari-zülfi-yarı sən,Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ey-konul-leli-lebi-canane-eylersen-heves
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gülşəni-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhdmisalın nişanəsi,
Gözüm kur oldu hicrin giryeyi-bimüntəhasındanGözüm kur oldu hicrin giryeyi-bimüntəhasından,Ziyalansın, gəl, ey məh, xaki-payın tutiyasından,
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizuBülbüli-dil gülşəni-rüxsarın eylər arizu,Tutiyi-can ləli-şəkkərbarın eylər arizu,
Hakim ki, tazə varid ola bir vilayətəHakim ki, tazə varid ola bir vilayətə,Adətdi dadrəs olur əhli-şikayətə.