Dil etsə nolar sineyi-sədçakə təşəbbüs
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dil etsə nolar sineyi-sədçakə təşəbbüs,Suyə batan eylər xəsü xaşakə təşəbbüs.
Təngə gəlib ahi-cigərim atəşi-dildən,Dud ilə çıxıb eyləyir əflakə təşəbbüs.
Dil əksi-rüxün atəş ilə xakdə görmüş,Gahi eləyir atəşə, gəh xakə təşəbbüs.
Şayəd ki, edə dərk səni qüvveyi-idrak,Sultani-xəyalım edib idrakə təşəbbüs.
Çəng ur o kəsə, ricsdən etmiş onu həq pak,Pakizə olan gövhər edər pakə təşəbbüs.
Fitraki-nigarımda mənim seyd olan ahu –Bu bismili-dil eylər o fitrakə təşəbbüs.
Макта — последний бейт с тахаллусом поэта. Seyyid gözüvün bəs ki, görüb cövrü cəfasın,Bundan eləyib qəmzeyi-bibakə təşəbbüs.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-dil-etse-nolar-sineyi-sedcake-tesebbus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
QurdTülküdən hiyləgər olan bir ovçu,Bir qurdu öldürüb, mükafat aldı.
Gərək (Budur gözəllərdə əzəl nişanə)Budur gözəllərdə əzəl nişanə,Ağ üzdə xalları ay qoşa gərək.