Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış,Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış.

Edibdir hər birinin qəmzeyi-xunxarı seydi-dil,Sanırsan şahbazi-ahəninmixləb şikar almış.

Birisi almağa canım götürmüş xəncəri-bürran,Birisi tökməgə qanimi tiği-abdar almış.

Biri zahir nigah ilə alıbdır canımı pinhan,Birinin qəmzeyi-pinhanı könlüm aşikar almış.

Nə din qoymuş, nə iyman məndə, na ayinü nə məzhəb,Bu kafərbeççə dilbərlər əlimdən hər nə var almış.

Xüsusən ol nigari-sərvqamət, yari-məhsimaKi, tabi-türrəsindən rəngü bu müşki-tatar almış.

Макта — последний бейт с тахаллусом поэта. Görənlər səfheyi-ruyində, Seyyid, xəttin ol şuxünSanır kim, kişvəri-Rumu sipahi-Zəngbar almış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви