Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş,Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş.

O dəhən fikri ilə cümlə yox oldu varım,Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş.

Hər gələn adəm edər canü könüldən təsdiq,Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş.

Alışıb, şölə çəkib suz ilə yandım, gördüm,Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş.

Qaşların nuni-qələm, qəddin əlif, zülfün lam,Üzüvi sureyi-quran dedilər, gerçək imiş.

Yerü göy, ərşü mələk nurüvə eylər səcdə,Səni kim, aləmə sultan dedilər, gerçək imiş.

Sənəma, səndə təcəlla eləyib həzrəti-həq,Surətin surəti-rəhman dedilər, gerçək imiş.

Hüsnüvə aşiq olan oldu mələkdən əla,Münkiri-fəzlüvə şeytan dedilər, gerçək imiş.

Макта — последний бейт с тахаллусом поэта. Seyyidin-zahir olub şeri-şəkərbarındanLəbi-ləlin şəkəristan dedilər, gerçək imiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви