Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən,Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.

Zəncirdə bir kimsənə can vermədi mən tək,Ol silsileyi-zülfə giriftar ölürəm mən,

Məst olmadığım dəm yox idi dəhrdə bir gün,Səd heyf, ölən vəqtdə huşyar ölürəm mən.

Qorxum budu görsəm səni ləzzət tapa çeşmim,Şadəm ki, belə həsrəti-didar ölürəm mən.

Devrimi tutub qüssəvü qəm, möhnəti-aləm,Sanma ki, belə bikəsü biyar ölürəm mən.

Yox taqətim əğyar ilə görmək səni, ey şux,Ölməkdə bu gün bir qərəzim var, ölürəm mən.

Макта — последний бейт с тахаллусом поэта. Zəxmi-sitəmin olmadı bu Seyyidə kari,Səd heyf, səd əfsus, günəhkar ölürəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов