Şəm kim, rovşən olub yanmağa pərvanə üçün
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Şəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?
Verməyim xalüvə ey gül, niyə mən dünyanı,Çəkdi cənnətdən əl Adəm elə bir danə üçün.
Bilmirəm zülfü üçün şanəni xəlq etdi xuda,Ya ki, zülfi-siyəhin xəlq eləyib şanə üçün?
Bunca kim, hüsnünü Qurandə vəsf etdi xuda,Bilmişəm kim, eləyib məşq onu meyxanə üçün.
Piri-meyxanə Əlidir, odur ənvari-cəli,Aşinanı tanı, seyr eyləmə biganə üçün.
Olmasaydı gili-Adəmdə cəmalından əsər,Qabil olmazdı onun tinəti peymanə üçün.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, eyləmə övsafi-Əlidən qeyri,Ömrüvi sərf eləmə hər yetən əfsanə üçün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sem-kim-rovsen-olub-yanmaga-pervane-ucun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xoş ol zaman ki, qapında gədalığım var idi,Bu etibar ilə bir padşalığım var idi.
Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş kiOlmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki,Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki.
Genə bir namə ilə yadə salıb yar məniGenə bir namə ilə yadə salıb yar məni,Bəxt handan bu işə gördü səzavar məni.
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idiEy xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Стихи других поэтов · О любви
Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyim
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.