Dersən mənə kim, huriyi-qılman olacaqdır,Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.

Bəsdir mənə bu saqi ilə badeyi-gülgun,Mənzilgəhimiz səhni-gülüstan olacaqdır.

Dünyada gərək yari-pərivəş, meyi-biğəş,Üqbayə baxan kimsə pəşiman olacaqdır.

Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən,Nəqdini verən nisyəyə nadan olacaqdır.

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,Vaiz cigəri həsrət ilə qan olacaqdır.

Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar,Ömrün gedəcək, dəhr özü viran olacaqdır,

Макта — последний бейт с тахаллусом поэта. Seyyid degiləm nisyə sözə bavər edəm mən,Nəqdi-hunərim camə girovgan olacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине