Dünyadə eşq qədrini huşyar olan bilir,Azadəlik səfasını bidar olan bilir.

Xurşid qədrini nə bilir huşi kurlər.Bu feyzi-nuri sahibi-əbsar olan bilir.

Qədri-kəmali-hüsnü bilir aşiqi-həzin,Əlbəttə, qədri-zərri xəridar olan bilir.

Qal əhli bilməsə dəhənin sirrin, eybi yox,Sərbəstə sirri məhrəmi-əsrar olan bilir.

Aşiq çəkən qara günü əyyami-hicrdə,Sevdayi-zülfün ilə günü tar olan bilir.

Çeşmindən özgə hali-dilim kimsə bilməyir,Bimarlər bəlasını bimar olan bilir.

Макта — последний бейт с тахаллусом поэта. Mən çəkdigim bəlaləri, ey Seyyidi-həzin,Dərdi-fəraqi-yarə giriftar olan bilir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви