Çün xakə təcəlla elədi xaliqi-cəbbar,Öz surətini xaki-siyəhdən edib izhar.

Çün oldu bəşər əhsəni-təqvimdə təxmir,Bu xak təcəllayi-həqə oldu səzavar.

İstərdi mələk, adəmi kim, tapmıya xilqət,Hüsni-bəşəri gör ki, mələk oldu giriftar.

Harut ilə Maruta edim mən nə məzəmmət,Cibrili-əmin düşsə bu sevdayə, olur xar.

Nə çarə edim eşqimə bəs mən evi viran,Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar.

Yüz göz görürəm ki, hamısı sehrdi, cadu,Bimar qılıbdır məni bir gözləri bimar.

Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi,Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar.

Макта — последний бейт с тахаллусом поэта. Gər etməz idin arizi-dilbərdə təcəlla,Seyyid bu qədər olmaz idi yarə tələbkar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви