Dəllak pəsər kayineyi-əhli-nəzərdir.Bir surəti-bimisldi, bir şəkli-digərdir.

Əbruləri bir tiğdi, müjganları nəştər,Rəgdən açılan nəştərinə xuni-cigərdir.

Cam ilə hicab oldu onun tiğinə başım,Başıma bəla oldu mənim də, bu nə sərdir.

Bir əldə tutub tiğini, bir əldə tutub səng,Dəvayə gəlirsə ona canım nə sipərdir.

Əl vursa əgər çərxə, çıxar göglərə ahım,Ey çərxi-cəfakar, sənə cayi-həzərdir.

Miqrazi-cəfa ilə əgər rişteyi-ömrümQət eyləsə billəh deməzəm kim, nə xətərdir.

Şanə kimi sədçak idi könlüm bu həsəddənKim, şanəkəşi-türreyi-hər şöbədəgərdir.

Ey gül, nə rəvadır dura hər xarə müqabilRuyin ki, gülüstani-səfadə güli-tərdir.

Ey kaş, olaydım qayış ol muymiyanə,Vəh-vəh, nə gözəl muymiyanü nə kəmərdir.

Макта — последний бейт с тахаллусом поэта. Tas öpdü əlin, bağrını su eylədi Seyyid,Gözdən tökülən əşk degil, xuni-cigərdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов