Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik,Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik.

İbtilayi-fəqrdən yüz zövqü ləzzət görmüşük,Biz bu aləmdə səfanı şahdən kəm çəkmərik.

Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal,Minnəti-Cəmşidü fikri-sağəri-Cəm çəkmərik.

Gər nihali-arizumuz rişəsindən xüşk ola,Minnəti-baranü feyzi-çeşmi-pürnəm çəkmərik.

Yansa dil, xak olsa tən, ey şəm suzi-eşqdən,Dudumuz çıxmaz bizim, ahi-dəmadəm çəkmərik.

Gəndümi-xalın görüb cənnətdən əl çəkməz o kim,Biz onun adını bu aləmdə adəm çəkmərik.

Макта — последний бейт с тахаллусом поэта. Üz əgər verməz bizə, bir vəchi vardır, ol pəri,Seyyida, biz sən kimi rüxsari-dərhəm çəkmərik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине