Gördü bir mərd kim, məgər şeytanBir uçuq büqədən baxır pünhan.Uzadır başını, çəkir hər dəm,Dedi: – Ey düşməni-bəni-Adəm,Nəyə məşğulsən, bu yerdə nə var?Dedi: – Ahəstə eylə kim, göftar,Neçə günlərdi çəkmişəm zəhmət,Tapmışam bir kişiylə bir övrət.Etmişəm onları bu gün iğva –Ki, bu viranədə edillə zina.Az qalıb işləri təmam olsun,Dedi: – Bu ad sənə həram olsun!Aduvi qoymusan əbəs şeytan,Tutduğun əmri-şeytənətdən utan!Neçə gün zəhmətindən, ey rüsva,Edəcək axır iki şəxs zina?Nə hünərdir bu, nə rəşadətdir,Sənə bu mayeyi-xəcalətdir.Gör mən indi nə iş təmam edərəm,Sənə şeytanlığı həram edərəm.Dedi: – Get qoççağım, görüm bari.Getdi ol şum bir oba sari.Dedi: – Ey xançobanlı taifəsi,Görməyirsiz gəlir tüfəng səsi?Sizi öldürməyə BağırbəyliAtlanıb əl-ayağı çirməkli.Onlara çox yaman iş eyləmisiz,Bir dana quyruğu siyirləmisiz.Bunlar amadə oldu etməyə cəng,Kimi xəncər götürdü, kimi tüfəng.Bunları hazır eyləyib yeksər,O biri qövmə getdi verdi xəbər.– Ey Bağırbəyli! Xançobanlı gəlür.Bu yavuq dəmdə qanuvuz tökülür.And içiblər təmam Quranə,Boyasınlar sizi qızıl qanə.Sözümə etməsəz əgər bavər,Göndərin bir nəfər xəbərdən ötər.Həm bular cəngə oldu amadə,Durdular müntəzir o səhradə.Düşdü ol gün arayə çərxəçilər,Aqibət şölə çəkdi atəşi-şər.Çəkdilər tiğ, tökdülər çox qan,Yüz nəfər qanə oldular qəltan.Getdi ol mərd gördü kim, şeytanHələ viranəyə baxır əlan.Dedi şeytanə: – Uff, ey bədnam!Bir zina olmayıb hənuz təmam?Gör ki, mən tutmuşam nə əfsanə,Boyadım aləmi bu dəm qanə.Dedi şeytan ki, ey səfihü dəğa,Mən gərək bunları edəm iğva,Ta ki gəlsin vücudə, ey bədnam,Sən kimi bir şəriri-nütfəhəram –Ki, belə məsdəri-fəsad olsun,Fitnəəngizü bədnihad olsun.Necə sabiqdə valideynüvü mənEtdim iğva, vücudə gəldin sən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов