Dustlər, mən görən ol dilbəri-ziba kim idi?Dağıdan gül üzünə zülfi-mütərra kim idi?

Mən ki, bihuş düşüb, görcək özümdən getdim,Siz ki, huşyardız, ol afəti-dünya kim idi?

Nə könül qoydu, nə can məndə, nə səbrü, nə qərar,Etdi qarət məni, ol şahidi-yəğma kim idi?

Ol üzü cənnəti mən bilməsəm adəm degiləm,Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?

Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik,O bizə saqi olan yari-dilara kim idi?

Doldu ənvari-məhəbbətlə genə sinə bu gün,Göstərən vadiyi-Sinadə təcəlla kim idi?

Bu nə bəhcət, nə səfadır, nə sürurü, nə bəha,Sizi tari, o nigari-fərəhəfza kim idi?

Kimdi bu məclisi-ürfanı bu şurə gətirən,Dövri-sağərlə verən badeyi-səhba kim idi?

Gəldi göftarə ləbi, aləmi ehya elədi,Bu necə ruh idi, aya bu Məsiha kim idi?

Çeşmi-Qibti nə bilir xilqəti-Harun sirrin,Nə bilir dəhrdə Firon ki, Musa kim idi?

Olmasan badiyeyi-eşqdə Məcnun əgər,Bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi?

Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif,Bilisən onda ki sən, Adəmü Həvva kim idi.Həq zühurunda hələ yolda qalıb iki gözüm,Bəs o həq məzhəri ayineyi-ülya kim idi?

Qürrətül-eynüvə ömründə degilsən vaqif,Görə bilməz ki, cəmali-həqə bina kim idi.

Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil,Gör kimə tabe olursan, sizə mövla kim idi?

Neçə gün aləmi-nasutə gəlib oldu müqim,Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви