Hər aşiqi-dilsuxtə bir meyldə qaldı,Məcnuni-siyəhbəxt qəmi-Leylidə qaldı.

Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum,Mən xətmi-kəlam etdim, o “Vəlleyl”də qaldı.

Sandım ki, tutan damənini vəslə yetər, mənTutdum ətəgin eylə, əlim zeyldə qaldı.

Hər kəs ki, çatıb vəslüvə rizvanə yetişdi,Hicrində qalan çahə düşüb Veyldə qaldı.

Tufanə verib mərdümi-çeşmim bu cahanı,Viranə könül kəşməkeşi-seyldə qaldı,

Макта — последний бейт с тахаллусом поэта. Sərxeyli-cünun Qeys ilə Fərhad idi saydım,Seyyid, dəxi bizdən çıxıb, ol xeyldə qaldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви