Əzudun oğlu oldu çün bimar,Atasından tükəndi səbrü qərar.Dedi bir abidi-fəriştənihad:Quşları eylə bənddən azad,Ta xuda oğluva şəfa versin,Lütf ilə dərdinə dəva versin.Ol xudavəndi-ədlü bəxşişü dad,Etdi bülbülləri o dəm azad.Leyk bir əndəlibi-nəğməsəraNəğməsindən müzəyyən oldu səra,Qaldı künci-qəfəsdə zarü əsir,Biqərarü həzinü bəs dilgir.Əzudun oğlu ta ki tapdı şəfa,Bilib əhvalı ol güli-rəna.Dedi: – Ey bülbüli-Məsihnəfəsə,Səni sövtün qoyub əsiri-qəfəs.Olmasaydı əgər bu göftarın,Olmaz idi bu gunə azarın.Necə ki, Seyyidi-bədikəlamDil bəlasın çəkər cahanda müdam.Nitqdəndir bəlalər insanə,Nitq elə hər sözü həkimanə.Demirəm ki, həmişə xamuş ol,Nitq həngamı sahibi-huş ol.Necə kim, Sədi eyləmiş israr;

**“Əvvəl əndişə, vongəhi göftar”.Fikr qılmaq binadü, söz divar:

**“Paybəst amədəst, pəs divar”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов