Cəhan içrə hər fitnə kim, olsa hadis,Ona sərvi-qəddindir, əlbəttə, bais.

Mədarisdə təhqiqi-muyi-miyanın,Dəqayiqdən ortayə salmış məbahis.

Müvəhhidlərə qılma inkar, zahid,Meyi-vəhdəti sanma ümmül-xəbais.

Iki didəsiz aləmə Yusifü sən,Sizə yox cəhan içrə imkani-salis.

Mənə cəm olur qanda kim, var bir qəm,Mənəm mülki-qəm içrə Məcnunə varis.

Töküb əşk kuyində, vəslin dilər dil,Saçar nəf’ üçün danə toprağə haris.

Макта — последний бейт с тахаллусом поэта. Üzarü ləbin vəsfin eylər Füzuli,Ona həm müfəssir derəm, həm mühəddis.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов