Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs,Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.

Cənnəti kuyinə zöhd əhli münasib desələr,Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.

Yüzünə durmasın ayinə urub lafi-səfa,Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.

Gərçi şümşaddə çox lafi-lətafət vardır,Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs.

Qılsa can lə’lin ilən feyz yetirmək bəhsin,Canibi-lə’lini tut, ey könül, et can ilə bəhs!

Düşər od şəm’ dilinə bu səbəbdən ki, qılırDil uzadıb gecələr ol məhi-taban ilə bəhs.

Макта — последний бейт с тахаллусом поэта. Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb,Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов