Ekran önündə
Pişiklərin yeməyini göstərirlər,Pişiklərə xüsusi bir hörmət ilə.Pişiklərin xörəyini göstərirlərLəzzətindən danışırlar ləzzət ilə.
Qucaqlarda əzizlənir, xumarlanır,Əl-üzünü yuya-yuya cənab pişik.Səhər-axşam sığallanır, tumarlanırYedin, doydun, get yuxuya, cənab pişik.
Dünya bəlkə it-pişiyin dünyasıdır? –Dərk etmirik burda bəlkə insan kimi.İnsana it, itə insan qayğısıdır,Nəfəs alır yüz bədəndə bir can kimi.
İndi gəlib qonşu çörək növbəsindən,Ömür sürür Allah verən arzusuyla,Acqarına zəhər yağır çöhrəsindən,Gülümsəyir pişik olmaq arzusuyla.
Fransalı, Nyu-Yorklu ledilərin,Səsi ipək, əli zərif, gözü xumar.İtlər kimi tumarlanar qaçsa yəqin,Yatsa yəqin, pişik kimi xumarlanar.
Düşmən gəlir qıra-qıra, döyə-döyə,Mərd oğullar həlak olur kişi kimiKimsə gizli tumar çəkir erməniyə,Kimsə gizli xumarlanır pişik kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ekran-onunde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О вине
ساقی بده آن جام پر از خون رزان را
Ay mədədSaqi, bir badə ver, keçdi –Bahar, ay mədəd, ay mədəd!
Bilməm ki, bu nə fitneyi-dövrü qəmər olduBilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.
QızlarEşqiniz olmasın çürük sap kimi,Əllərdə gəzməyin bir kitab kimi.