Göstərir məscidi zahid ki, bu iyman yoludur,Bunu da bil ki, könül, meykədə ürfan yoludur.

Kəbəyə əhli-həqin batini-dildəndi yolu,Qeyri yol getsən əgər, quli-biyaban yoludur.

Qorxuram getməyəsən Kəbəyə, ey ərabi!Getdigin rah müxalifdi, bu şeytan yoludur.

Tut könül, ali-Əli damənini, eyləmə qəm,Get bu yoldan ki, bu yol Buzərü Səlman yoludur.

Demə meyxanə yolun rahi-zəlalət, vaiz!Oğlun ölsün, bir ayıl, bu Şəhi-mərdan yoludur.

Макта — последний бейт с тахаллусом поэта. Kuyi-cananə yetişməksə muradın, Seyyid,Tərki-can eyləmək ol mənzilin asan yoludur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине