Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari,Yaratmışdır səni öz surətində həzrəti-bari.
Əgərçi sən büti-Çinü Xətasən, ey sənəm, əmmaSəni zikr etməyən kəs, etməyib tovhidə iqrari.
Adın qurbanı, ta yetdim sənə, tovhidə yetdim mən,Atıb təsbihi əldən, tərk qıldım tari-zünnari.Xudanın “qülhüvəllahü əhəd”dən mətləbi sənsən,Sənin tovhidüvə əmr eyləyib ixlasdə tari.
Şəmimi-ətri-zülfi-Müşkbarın iştiyaqındanAtıbdır təblədən əttar dışra müşki-Tatari.
Soruşdum aduvi, ey sərvqamət, bilmədi zahid,Müşəxxəs oldu kim, yoxdur onun tovhidə iqrari.
Təcəllayi-xudavəndi əhəd yarında peydadır,Hanı Musa ki, Seyyid, fərq qılsın nurdən nari.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ne-heddi-bir-ehed-olsun-sene-husn-ile-oxsari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki aqil kəs eyləməz dəva,Eyləməz bir-birinə büğz əsla.
Hikmət (Kurlər hifz edəllə Quranı)Kurlər hifz edəllə Quranı,Leyk bilməzlər onda mənanı.
Hindli Səlimin hekayəsiBir nəfər əhli-kənd olan hinduQonşusundan dilədi tənbaku.
Fəqir və zalımBir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Стихи других поэтов · О божественной любви
Könlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
MənəmMürşidi-kamilim Şeyx oğlu Şahım,Bir ərzim var qulluğuna şah mənəm.
ای «پور خطیب گنجه» پندی بپذیربر تخت طرب نشین به کف ساغر گیر
EylərDüşmüşük yollara, qismət Allahdan,Bəxtimizi qara, ya da ağ eylər.