Cəfa oxunu atır qeyrə ol yeganə, haray!
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Xədəngi-qəmzəsinə olmadım nişanə, haray!
Əgər ki, güldə vəfa görsə idi bülbüli-zar,Bu qədr suz ilə etməzdi yanə-yanə haray.
Görə harayımı şayəd o şəh, sora halım,Harayımı özümə eylərəm bəhanə, haray!
Tənim hilal kimi günbəgün zəif oldu,Yetişmədi əlim ol mahi-dilsitanə, haray!
Hanı o qaşı kəmanım ki, yetsin imdadə,Rəqib qoydu oxun çilleyi-kamanə, haray!
Mərizi-dideyi-yarəm hanı o İsa-dəm,Ucaldı naləvü fəryadım asimanə, haray!
Könül binasını yıxdı sirişki-çeşmi-tərim,Qəmində seyli-fənayə gedir bu xanə, haray!
Piyadə dəştdə ol şahdən cüda düşdüm,Yetir bu bikəsi, ey Xızr, karvanə, haray!
Xəyali-zülfü rüxi-ol pərilə leylü nahar,Cünun təki mənə adət olub fəsanə, haray!
Макта — последний бейт с тахаллусом поэта. Təğafül ilə bu gün ötdü yar Seyyiddən,Yəqin rəqib salıb yarı bəd gümanə, haray!
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-cefa-oxunu-atir-qeyre-ol-yegane-haray
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir zaman Turə Həzrəti-MusaAzim olmuşdu, ol kəlimi-xuda.
Sədi və xəsisSədi, ol köhnə bülbüli-ŞirazBu sifət eyləyib bu nəqli təraz –
Bir ərəbin Əlidən sualıBir ərəb Mürtəzadən etdi sual –Key sipehri-ülumü bəhri-kəmal,
Musa və çoban əhvalatıBir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.
Стихи других поэтов · О любви
Eşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,