Çıxmaz dili-zarımdan o rüxsar xəyalı
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Çıxmaz dili-zarımdan o rüxsar xəyalı,Bülbüldə əcəbmi ola gülzar xəyalı?
İstər könül ol arizi-gülgunu ərəqnak,Gül görsə, gülabə olur əttar xəyalı.
Şövqi-dəhənü fikri-rüxündə sənin, ey gül,Mən eyləmərəm hiç yoxü var xəyalı.
Peyvəstə namaz üstə düşür yadıma zülfün,Üz Kəbədədir, qəlbdə zünnar xəyalı.
Hər kimsənə bir şey gətirir fikrü xəyalə,Məcmudən əfzəldi mənə yar xəyalı.
Cənnət nə gərəkdir mənə gər olmasa röyət,Xoşhal qılıbdır məni didar xəyalı.
Bu xəstə könül ərşi-xudavəndi-əhəddir,Gəlməz dili-məhzunuma əğyar xəyalı.
İstər tuta dil türreyi-pürpiçini, ey mah,Əfsungərə adətdir olur mar xəyalı.
Макта — последний бейт с тахаллусом поэта. Seyyid verər öz canını rəşkü həsədindən,Gəlsə dili-pürxununa dildar xəyalı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-cixmaz-dili-zarimdan-o-ruxsar-xeyali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Hanı o mah ilə mən işrət etdigim gecələrHanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Kim ki, eylərsə libasini mübəddəl kəfənəKim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.
Qurban olum o gözlərə kim, gördü yarımıQurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.
Стихи других поэтов · О любви
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,