Qurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.

Qoy bir öpüm o gözləri kim, yarımı görüb,Qurban edim o gözlərə mən hər nə varımı.

Nərgiz gözü qalır açıla görsə bağdə,Çeşmi-xumarü sərv-qədü gülüzarımı.

Mərdümlük olmadı mənə çün çeşmi-yardən,Kəsdim gözümdən axırı öz etibarımı.

Bimarı olmuşam mən o badami gözlərin,İnnab gözlərim eləsin fikri-karımı.

Şadəm ki, xak edə məni bu çərxi-kəcmədar,Damani-yarimə yetirə ta qübarımı.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, o gün olurmu genə səhni-bağdəXürrəm görüm şüküftə güli-novbaharımı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов