Nuşirəvan və qarı hekayəsi
Ol vaxt ki, eyvani-Nuşirəvan tamam oldu, hükəmalara buyurdu ki,mənim bu şahanə olan imarətimə diqqət gözüylə baxın. Əgər bir ye-rində bir eybi və nöqsanı var isə, mənə xəbər verin. Hükəmalar baxdılar.Ərz elədilər ki, Taqi-Kəsranın heç bir nöqsanı yoxdur.Ancaq bu ali olan imarətin bir küncündə bir ev var ki, ol evdən çıxantüstü bu ziba olan imarətin divarın qaraldır. Əgər ol evi oradan dağıtsalar,çox yaxşı olar.Nuşirəvan dedi ki, ol ev bir qarı övrətindir. Ol vaxt ki, mən bu ima-rətin binasın qoydum, memarlar dedilər ki, bu qarının evi bizim evimi-zə xələl yetirir. Gərək bu ev buradan dağıla, tainki təmiratımıza nöqsanolmaya.Mən bu qarının yanına adam göndərdim ki, evin satsın, ona ziyadəpul verərəm, ya gəlsin evindən əla evlər verim. Qarı mənə xəbər gön-dərdi ki, çünki mən bu evdə doğub törəmişəm və bu evə öyrəşmişəm,ünsiyyət tutmuşam, hamı aləmi padşahın mülkü görüb mən şad olu-ram. Amma padşahın gözü yoxdur ki, bu mühəqqər olan evi mənim[üçün çox görür].Bu sözdən çox geri getdim. Ta ol vaxt bu eyvan tamam oldu, hərgün onun bacasından tüstü qalxdı, bu divarları qaraladı. Ona peyğamgöndərdim ki, hər gün bu tüstünü nə üçün eləyirsən? Cavab verdi ki,özüm üçün yeməyə şey bişirirəm.Heç dinmədim. Gecə bir məcməyi plov mürği-büryan ilə onunüçün göndərdim. Dedim ki, ey ana, hər gecə bir xonça qiza, növbənövxüruşlarla səninçün göndərərəm, sən dəxi bu dar olan evində od yandır-ma ki, onun dudindən eyvanın divarı qaralır.Cavab göndərdi ki, aləmdə bu qədər aclar və fəqirlər ola-ola ki,ürəkləri büryan və gözləri giryan olalar, mən insafmıdır ki, hər gecəmürği-büryan və neməti-əlvan yeyim?! Allah-taaladan qorxuram.Yetmiş ildir ki, mən nani-cəvinə və kəşkineyi-həlal yeyirəm, indi mürği-suzineyi-həram yeyim?! Mənim bu evimi, bir qərar qoy ki, sənin eyva-nının zinətidir. Çün sənin amillərin görsələr ki, sən mənim əlimdən bumühəqqər olan evi aldın, təsərrüf əlini rəiyyətin malına uzadarlar və birdə bu ki, sənin eyvanın çox qalmaz, axır fəna olar. Amma mənim eviminhekayəti müddətlər səfəhati-övraqi-ruzgardə mərqum və məstur olur.Bunu ki, eşitdim, onun həmsayəliyinə razı oldum.Və belə rəvayət edirlər ki, o qarının bir arıq inəyi var idi. Hərsabah evindən səhraya çıxarırdı, axşamlar evinə gətirirdi. Sabah-axşam o inək padşahın evinin qabağında döşənmiş olan mərmər daş-ları peyinli ayaqları ilə basıb gedib gəlirdi. Padşahın nökərlərindən biridedi ki, ey qoca övrət, bu hərəkəti eləmə ki, padşahın namusunu şikəstqılırsan və əsasi-heybəti-səltənəti xarab eləyirsən.Qarı cavab verdi ki, padşahın namusu zülmdən şikəst olar, nə ədldənvə soltanın binayi-əsasi-heybəti-cəhldən xarab olar, nə əqldən. Mənbu əməli ki, eləyirəm – padşahın niknamlığından ötrü eləyirəm vəonun aqibət nikfərcamlığın istəyirəm.Əlhəq ki, ol pirəzən yaxşı deyibdir. Min ildən ziyadədir ki, ke-çibdir, hələ də “hekayəti-xaneyi-pirəzən və eyvani-Nuşirəvan”kitablarda məsturdur, dillərdə məzkur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-nusirevan-ve-qari-hekayesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim,Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.
Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdimZamani-ehtirazımdır bu gün, meyli-şərab etdim,Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim.
Əgərçi sənsiz olur əhli-eşqə badə həramƏgərçi sənsiz olur əhli-eşqə badə həram,Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.
Ey gül, sənə əvvəldə xəridar mən oldumEy gül, sənə əvvəldə xəridar mən oldum,Axır nəzərində hamıdan xar mən oldum.
Стихи других поэтов · Хвалебные
Qəm çəkmə, ey könül, fani dünyada,Qılınc çəksən dərdə, aha yaxşıdır.
Misli yoxdur təkliyinSən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.
Bir qəndildən bir qəndilə taxıldımBir qəndildən bir qəndilə taxıldım,Türab olub yer üzünə yaxıldım,
گر ندیدی بهشت و حورالعیناینک این مجلس امیر ببین