Səndən ötrü neçə müddətdi məlamət çəkirəm,Tiflsən, sən nə bilirsən ki, nə möhnət çəkirəm.

Çərxi-dəvvar ilə yerdən gögə vardır fərqim,O çəkə bilmədi, mən bari-əmanət çəkirəm.

İstəməzsən, dedim, ey mah, qübari-qədəmin?Dedi: rövşəndi bu, yerdən gögə minnət çəkirəm.

Pərdeyi çeşmimə mümkündü çəkəm surətüvi,Mərdümi-didə rüxün görməgə qeyrət çəkirəm.

Etdi ayineyi-rüxsarüvi axır tirə,Çəkdigim ahlərə indi xəcalət çəkirəm.

Yar olub özgələrə yar, çəkir zövqü səfa,Düşmüşəm mən quru böhtanlara töhmət çəkirəm.

Макта — последний бейт с тахаллусом поэта. Dedilər öldürəcək yar səni, ey Seyyid,Tanrı şahiddi ki, bu xeyr işə həsrət çəkirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов