Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş.Bağışla, bilmədim biganələrlə aşinasənmiş.

Səni ayineyi-məqsud sandım rubəru durdum,Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş.

Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq,Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş.

Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən,Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş.

Макта — последний бейт с тахаллусом поэта. Kimin zülfünə bənd oldunsa, Seyyid,bivəfa çıxdı,Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви