Xoş ol zaman ki, yar mənə həmzəban idi,Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,Sultan idim ki, hər yana hökmüm rəvan idi,Dövlət qulam idi mənə, bəxtim cəvan idi,Cani-həzinə həmdəmü arami-can idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Xurşidgun şərablə dolmuşdu camımız,Ol mah ilə keçirdi bizim sübhü şamımız,Dövri-fələkdə hasil olurdu məramımız,Xaki-dərindən özgə yox idi məqamımız,Bülbüllərə o sahəti-qüds aşiyan idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Hicrin əgərçi görmüş idim mübtəlalərin,Dildən-dilə eşitmiş idim macəralərin,Bunca təsəvvür eyləməz idim bəlalərin.Can çəkiş idi möhnəti-hicran cəfalərin,Xəlvətsərayi-vəsldə dil kamran idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Könlüm o mahdən açılırdı kərəm görüb,Mehrin ziyadə, cövrü cəfasını kəm görüb.Ol gül mənə açıldığını dəmbədəm görüb,Bəzmi-visaldə özünü möhtərəm görüb,Rəşk ilə qönçə tək dili-bədxah qan idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Ol gül mənimlə həmdəm idi hər bahardə,Gəh daməni-çəməndə, gəhi laləzardə,Bülbül təki işim yox idi ahü zardə,Seyyid ki, məskən etmiş idi kuyi-yardə,Ezaz ilə bir Adəmi-cənnətməkan idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви