Deyişmə söylənci
On gün qaldı Uruyerdə Turq ata,
Iki başev ikiləşmə deməkdir.
Əkbitəndə əsnəyirdi Ağüzər,
Iki başev ikiləşmə deməkdir.
Turqun burda azalmışdı çəkisi,
Tunq, Turq burda deyişirdi ikisi,
Deyişmə yox, ağızlaşma türküsü,
Iki başev ikiləşmə deməkdir.
O deyirdi: – Gözüm-başım sozarıb,
Turanlının döyüş gücü azalıb,
Tanrı sanki aramıza lov salıb,
Iki başev ikiləşmə deməkdir.
Turq deyirdi: – Bunlar səndə görünmür,
Bizimkilər döyüşlərdə sürünmür,
Ağır gündə yoldan dönmür, ərinmir,
Iki başev ikiləşmə deməkdir.
Tunq deyirdi: – Görüş, barış artıqdır,
Yürüş gərək, görüş-mörüş artıqdır,
Işdə-mişdə, yarış-marış artıqdır,
Iki başev ikiləşmə deməkdir.
Turq deyirdi: – Dirrik döyüş deyildir,
O dinclikdir, hər gün yürüş deyildir,
O çalışdır, çarpış-marpış deyildir,
Iki başev ikiləşmə deməkdir.
Tunq: – Sən ata, orda, burda qonaqsan,
Barış, döyüş arasında ortaqsan,
Həm barışsan, həm də iti yaraqsan,
Iki başev ikiləşmə deməkdir.
Turqər: – Mənə tanrı belə buyurur,
Adamları pisə, yeyə ayırıb,
Indi hamı qana doğru yüyürür,
Iki başev ikiləşmə deməkdir.
Tunq: – Mən almasam qabağını öclərin,
Kim qoruyar əl-ayaqsız heçləri,
Dincçilərin buna çatmaz gücləri,
Iki başev ikiləşmə deməkdir.
– Düzdür, sənin bacarığın gərəkdir,
Çox basarlıq çox qan-qada deməkdir,
Əkin üçün günlər dardır, seyrəkdir,
Ancaq dinclik əkin, biçin deməkdir,
Iki başev ikiləşmə deməkdir.
Tunq: – Yim sən deyən o dincliyi yaratdı,
Yer üzündə adam beşdə yüz artdı,
Çoxluq yeri, ev-eşiyi daraltdı,
Iki başev ikiləşmə deməkdir.
– O,tanrıdan yeni yardım istəyib,
Tanrı ona yeni yollar göstərib,
Yim yenə də yer üzünü bəsləyib,
Doqquz yüz il yerdə şahlıq eyləyib,
Iki başev ikiləşmə deməkdir.
Tunq: – Sən deyənlə gedsək, nələr etməli,
Yim yoluyla, Tunq yoluyla getməli?
Qan-qadanın üstün nəylə örtməli,
Iki başev ikiləşmə deməkdir.
Turq: – Yavaş-yavaş qan-qadanı pisləmək,
Adamları yaxşı yola səsləmək,
Tanrıların dediyini izləmək,
Barışığı min, on min il gözləmək,
Iki başev ikiləşmə deməkdir.
Tunq:
– Onda buyur, otur burda şahsayaq,
Bizdən uzaq döyüşgənlik, yal-yaraq,
Yeyək, içək, əkin, biçin, xış, oraq...
Onda gərək “əkbiç” evi yaradaq,
Qancıl gəlsə tanrı gəlib qovacaq,
Iki başev ikiləşmə deməkdir.
Beş min ildir döyüş olub hər yanda,
Hamı buna orgənibdir Turanda,
Öc alanlar ayaq tutub İranda,
Kim qoruyar bizi pisdən, yamandan,
Iki başev ikiləşmə deməkdir.
Turq:
– Tanrı, Sərtüz deyir, yeydir yaxşılıq,
Yaşayacaq yeylər tanrıqarışıq,
Pis gedəcək, güc gələcək yaxşılıq,
Bəsdir daha atda-butda danışıq,
Iki başev ikiləşmə deməkdir.
Ikiləşdi İranda da başçılar,
Işdə üçlük ikilikdən yaxşıdır.
Turpar, Tusər hər gün durdu üz-üzə,
Işdə üçlük ikilikdən yaxşıdır.
Biri dedi, yaxşı ürək, söz hanı,
Sənsən belə qarışdıran İranı,
Əlləşirsən odlayasan aranı,
Işdə üçlük ikilikdən yaxşıdır.
Biri dedi, şahsan, bizə böyüksən,
Ancaq sən öz torpağına dönüksən,
Turun, Tunqun qabağında büküksən,
Biri dedi, öc, qancıllıq pis işdir,
Səninki də güləş, dalaş, döyüşdür,
Darvidelə, Duzdaqelə yürüşdür,
Işdə üçlük ikilikdən yaxşıdır.
Biri dedi, qurdalama yaramı,
Sən öldürdün qardaşımı, atamı,
Bu şahlıqda qorxu basır adamı,
Işdə üçlük ikilikdən yaxşıdır.
Turpar:
– Turqu, Tunqu mən yaxından görmüşəm,
Mən onların iç evinə girmişəm,
Görüb, bilib, sevib ürək vermişəm,
Işdə üçlük ikilikdən yaxşıdır.
Tusər:
– Çox böyükdən qorxma, nədir böyükdür,
Böyük var ki, içi qurdlu, çürükdür,
Qart ağacın köksü dəlik-dəlikdir,
Dalğalanır dəniz, sonu kopükdür,
Işdə üçlük ikilikdən yaxşıdır.
Turpar şahın uca olsun başrağı,
O ağacdır, mən də onun budağı,
O başraqdır, mən də onun saçağı,
Böyük şahdır, məndə iti yarağı,
Işdə üçlük ikilikdən yaxşıdır.
– Şah baxmasın mənim acı dilimə,
O buyursun, durum, gedim ölümə,
Iki olsaq şahlıq iki bölünər,
Işdə üçlük ikilikdən yaxşıdır.
Turpar:
– Bax, belə də Turqər gücdür, hər nədir,
Turq Turandır, Tunqər orda düymədir,
Turan dəniz, Tunqər orda dəhnədir,
Işdə üçlük ikilikdən yaxşıdır.
– Bu sözlərdə yanıq iyi duyuram,
Sən yanmısan Tunq əlində, anıram,
Sən yanmısan, mən də indi yanıram,
Mən şahımı öc yerimkə qoyuram,
Işdə üçlük ikilikdən yaxşıdır.
Turpar susdu, danışmadı, dinmədi,
Ancaq yenə dediyindən dönmədi,
Gördü Tusər ondan sözdə öndədir,
Işdə üçlük ikilikdən yaxşıdır.
Gördü sözlər söz deyildir iynədir,
Tunqa gendən tərs şapalaq, sillədir,
Üzündəki yanıq yerlər göynədi,
İşdə üçlük ikilikdən yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-deyisme-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün Daryaş bir at görür Sakdağda,At igidin yaraşığı, adıdır.
Sak dağında döyüş söylənciİlk döyüşdə Sanna, Balaşq çökürlər,Güc atdadır, tanrıdadır, yaraqda.
Dörd qardaş söylənciGecə keçdi, işıqlandı dan yeri,Gündüz yeni başlanqıcdır gecəyə.
Ağüzlə Daryaşın vuruşması söylənciDaryaş girdi Əkbitənə toplumla,Vergi, sıxı Başbaşevdən gələndir.
Стихи других поэтов
Bir ömrü yüz ömrə calasam beləİnsanlara borcum qurtarmaz mənim.
خسروا! گرچه فراموشی در طبع تو نیستاین سخن های دلاویز فراموش مکن
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı