Gecə keçdi, işıqlandı dan yeri,
Gündüz yeni başlanqıcdır gecəyə.
Bu gecədən yuxu dərdi qardaşlar,
Gündüz yeni başlanqıcdır gecəyə.

Dörd qardaşı Sanna gördü, qımışdı,
Qardaşların gözü yandı, alışdı,
Dördünün də ğözü sanki qamaşdı,
O gözəllə hamı yayqın danışdı,
Gündüz yeni başlanqıcdır gecəyə.

Sanna qızı gözəl gördü dördü də,
Gizli ona könül verdi dördü də,
Onu sevdi, sinə gərdi dördü də,
Gündüz yeni başlanqıcdır gecəyə.

Yaddan çıxdı ata, ana, döyüş, el,
Axtardılar qızı gizli yerbəyer,
Tanrı,bu gənc qardaşlara dözüm ver,
Gündüz yeni başlanqıcdır gecəyə.


Ana deyib döndü evə qardaşlar,
Sevə bilməz bir gözəli dörd qardaş.
Ayrı-ayrı söz açdılar anaya,
Sevə bilməz bir gözəli dörd qardaş.

Hər bir qardaş anasıyla görüşdü,
Sanna qızı anasından soruşdu,
Gizli sözlər bir-birinə qarışdı,
Sevə bilməz bir gözəli dörd qardaş.

Dörd qardaşda sevgi tək,tək doğuldu,

Bu kal sevgi gündən günə coxaldı,
Aradakı döğmalıq da yoxaldı,
Sevə bilməz bir gözəli dörd qardaş.
Ana gördü onlar düşüb qadaya,
Dörd oğulu vurulubdur Sannaya,
Bu sevgilər gülünc gəldi anaya,
Sevə bilməz bir gözəli dörd qardaş.

Dedi: – Niyə üzün belə solubdur,
Qardaşların kaldır, subay qalıbdır,
Nə sevgidir səni çaşqın salıbdır,
Sevə bilməz bir gözəli dörd qardaş.

Ana qorxdu,tez-tez çökdü diz üstə,
Dedi: – Tanrım, oturmuşam köz üstə,
Yalvarıram uzanaraq üz üstə,
Qorxuram ki savaşalar qız üstə,
Döyüşələr kobud-kobud söz üstə,
Necə sevib bircə qızı dörd qardaş,
Sevə bilməz bir gözəli dörd qardaş.

Tunqər ata bunu bildi soluxdu,
Elçiçəklə ağızlaşdı, doluxdu,
Düşünərək hərdən-birdən karıxdı,
Sevə bilməz bir gözəli dörd qardaş.

Dedi: – Yoxsa bu, Alpisin işidir,
Bu iş deyən Mindiyara qarşıdır,
Dörd oğlum var, adlarını eşidib,
Qoy sevgidən-deyib-bir aş bişirim,
Dördünü də ağılayım, aşırım,
Sevə bilməz bir gözəli dörd qardaş.

Gedib gəldi, Çil-çil düşdü ayaqdan,
O, Sannaya bir də baxdı qıraqdan,
Gözəl idi Sanna üzdən, yanaqdan,
Necə ala bilər qızı dörd qardaş,
Sevə bilməz bir gözəli dörd qardaş.


Tunqər dedi atasına bunları,
Doğru danış, yalan çıxsın ortaya.
Atasına o hər şeyi danışdı,
Doğru danış, yalan çıxsın ortaya.
Ağüzər şah dedi: – Oğlum, ayıq ol,
Sevgi işi qolay işdir, sayıq ol,

Duyuq olur sevən,sən də duyuq ol,
Doğru danış, yalan çıxsın ortaya.

Bir də Sanna ərə getsə yaxşıdır,
Həm yerincdir, həm də toplumbaşıdır,
O qız bizə orda atmac daşıdır,
Doğru danış, yalan çıxsın ortaya.

Oğlum,bu da baş tutmasa,onda sən
Gərək ağır bir qatlağa gedəsən,
Al onları, ayır biri birindən,
Doğru danış, yalan çıxsın ortaya.

Hərəsini göndər getsın bir yana,
Harda olsa Mindiyara dayanar,
Gedər, baxar, görər, artar, oyanar,
Doğru danış, yalan çıxsın ortaya.

Yoxsa onlar bir-birini qırarlar,
Sevgi üstə qırıb, çatıb, vurarlar,
Həm də gəlib bizə qarşi durarlar,
Doğru danış, yalan çıxsın ortaya.

Tunqər yaxşı başa düşdü atanı,
Alpis idi bunu atıb tutanı,
O, olmuşdu indi sevgi xortdanı,
Doğru danış, yalan çıxsın ortaya.

Alp Tunqərin könlü başı titrəkdir,
Oğul atmaq, nədir, bu nə deməkdir,
Buna böyük ürək-dirək gərəkdir,
Bu oğullar min-min içrə tək təkdir,
Oğul, ana, qız ataya dirəkdir,
Doğru danış, yalan çıxsın qrtaya.

Bu qardaşlar qalsaydılar burada,
Sevgi üstə döyüşərdi arada,
Bu gilinci ancaq Alpis yaradar,
Haradasan, tanrım, böyük yaradan,
Yardım elə gənclər çıxsın aradan,
Doğru danış, yalan çıxsın ortaya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви