Sevgililər dağda, düzdə ovdaydı,
Hər bir şeyi kəsi vermə sevgiyə.
Yerincyeri özbaşına qalmışdı,
Hər bir şeyi kəsi vermə sevgiyə.

Hindel Turqun yer-yurdunu nə bildi,
Yaraqlısı Uğurelə təpildi,
Ac qurd kimi kənd-kənd evə səpildi,
Hər bir şeyi kəsi etmə sevgiyə.

Basmarlayıb dağıtdılar, soydular,
Yeyib, içib gərnəşməkdən doydular,
Özlərini basar-kəsər saydılar,
Hər bir şeyi kəsi vermə sevgiyə.

Tunqər dedi: – Yerinc, Balaşq, Eldəbir,
Uğureldə qan tökülür,var gedir,
Özünüzü qancıllara yetirin,
Vurun, yıxın, işlərini bitirin,
Hər bir şeyi kəsi etmə sevgiyə.

Qalxdı böyük Mindiyarın başrağı,
Turqər böyük Uğurelin dayağı,
Qaldırdılar yuxarıya başrağı.
Axdı körpə göz yaşının bulağı,
Yandırdılar dağ başında ocağı,
Yöndəm oldu döyüş,vuruş sınağı,
Hər bir şeyi kəsi etmə sevgiyə.

Tunqər göydə qılıncını hərlədir,
Topbuzunu, biucunu fırladır,
Dağ titrədən gur səsini gurladır,
Hər bir şeyi kəsi etmə sevgiyə.


Tunqun döyüş səsləncləri gurladı,
Basar olur böyük inam yiyəsi,

Oxlar gəlir Tunqərdən yan sovuşur,
Basar olur böyük inanc yiyəsi.
Yürüşdədir yüz min atlı, yaraqlı,
Əyinlərdə tunc toxunma sırıqlı,
Hamısı da tüklü, dəri papaqlı.
Hindellinin alt geyimi balaqlı,
Çoxu çılpaq, çoxu yalın ayaqlı,
Gələn görüb Tunqu, qollu-budaqlı,
Yox oldular sanki əlli-ayaqlı,
Basar olur böyük inam yiyəsi.

Oxlar gəlir Tunqərdən yan sovuşur,
İki toplum bir-birinə qarışır,
Minellilər hindellilər qarpışır,
Dəli kimi bir-birinə sarmaşır,
Tunqər qılınc, topbuz ilə savaşır,
Basar olur böyük inam yiyəsi.

Birdən birə bir səs gəlir yovuqdan,
Başçı olmaz hər bir qorma-qoduqdan,
Öc alaram Tunq deyilən yoluqdan,
Kumar, Daryaş qalıb orda tutuqda,
Tutuq kimi onlar durub qulluqda,
Basar olur böyük inam yiyəsi.

Tunqər dedi: – Sən də tutuq düşərsən,
Qumu, yeri burnun ilə eşərsən,
Ac-acına su içməkdən şişərsən,
Gün altında ağnayarsan, bişərsən.
Basar olur böyük inam yiyəsi.

Minbaşılar bir-birilə üzləşir,
Vuruşaraq söyüşləşir sözləşir,
Eniş, yoxuş ayaq altda düzləşir,
Basar olur böyük inam yiyəsi

Yelləndirir Başrağını Mindiyar,
Ağızlaşır göydə iti qılınclar,
Al boyanır qanlı yerdə nə ki var,
Yara üstdən gəlir yeni yaralar,
Yaralıdır hər yaraqlı, hər çapar,
Basar olur böyük inam yiyəsi.


Yaralanır, düşür Balaşq, Eldəbir,
Qanlı döyüş durum, dözüm istəyir.
Hindellilər bu döyüşdən qaçırlar
Qanlı döyüş durum, dözüm istəyir.

Bizuc olur hər ölənin baş daşı,
Yaralanır bu vuruşda minbaşı,
Enir köksü üzərinə dik başı,
Ağız burun bir-birinə qarışır,
Əl uzadır o,Tunqərdən yapışır,
Qanlı döyüş durum, dözüm istəyir.

Deyir: – Məni, böyük Tunqər öldürmə,
Hindellini mən yazığa güldürmə,
Tutuq elə, ancaq bunu bildirmə,
Qanlı döyüş durum, dözüm istəyir.

Tunqər deyir: – Burax məni, çök yerə,
Yoxsa qanın sovrulacaq göylərə,
Qancıl gərək ayaq altda gəbərə,
Qanlı döyüş durum, dözüm istəyir.

Kumar səndən dözümlüdür döyüşdə,
Duydum bunu mən Parseldə döyüşdə,
Onun kimi sən də çəkin bu işdən,
Qanlı döyüş dözüm, durum istəyir.

Döyüş çəkdi burda üç gün, üç gecə,
Uğurelə Tunqər, Basar dönüncə
Eşitdi ki, ox dəyibdir Yerincə,
Qanlı döyüş dözüm,durum istəyir.

Tunqər tapdı Elçiçəyi yataqda,
Uzanmışdı tunc geyimdə yataqda,
Öpüş aldı o, saralmış yanaqdan,
Qanlı döyüş dözüm, durum istəyir.

Dedi: – Gözəl, keçib gedər yaralar,
Ancaq qoyma mən sevgidən saralam,
Toy çaldırıb mən də səni alaram,
Qanlı döyüş dözüm, durum istəyir.

Yerinc dedi: – Anam bilsə yaxşıdır,
Alçiçəkdir, toy-düyünə qarşıdır,
Turq yox olub, onun gözü yaşlıdır,
Qanlı döyüş dözüm, durum istəyir.

Tunqər bir az yığışdırdı özünü,
Söyləmədi daha o, toy sözünü,
Qız önündə yerə qoydu dizini,
Üç yol öpdü Elçiçəyin gözünü,
Qanlı döyüş dözüm, durum istəyir.


Turq yox olub, gəlir ildə bir kərə,
Tanrılıqdır üzdə gözdən yayınmaq.
Tanrı ona tanrı dedi, ucaltdı,
Tanrılıqdır üzdə gözdən yayınmaq.

Qocalmışdı əl-ayağı əsirdi,
Hərdən-birdən öz-özündən küsürdü,
Olacaqlar qabağında susurdu,
Tanrılıqdır üzdə gözdən yayınmaq.

Ana Qurdun sonevində görünür,
Görünəndə çöl işıga bürünür,
Qurdlar, atlar dörd yanında sürünür,
Tanrılıqdır üzdə gözdən yayınmaq.

Turqız, Yanqu, Odərboydan, Alçiçək,
Bu yerlərə o baş vurur təkbətək,
Bu yerlərdə nə güıərdir,nə kövrək,
Tanrılıqdır üzdə gözdən yayınmaq.

Hərdən-birdən Odərpayı səsləyir,
O, səsini səslilərdən gizlədir,
Öz içində bir susqunluq bəsləyir,
Tanrılıqdır üzdə gözdən yayınmaq.
Alçiçəyin kəsik qalmış tay qolu,
O gözlərdə, gilələrdə yaş dolu,
Bunlar Turqun üz-gözündə duyulur,
Tanrılıqdır üzdə gözdən yayınmaq.

Tunqun toyu, yurd, elatlar çox oldu,
On gün çəkdi, çoxluq, bolluq ağ oldu,
Turq göründü, sonra lapdan yox oldu,
Tanrılıqdır bunca gözdən yayınmaq.

Toya gəldi az oturdu Alçiçək,
Alçiçək yox, gözü dolu ağbiçək,
Bu yaşda da o çevikdir, o göyçək,
Tanrılıqdır bunca gözdən yayınmaq.

Toyda Tunqər bir şahsayaq geyimdə,
Sərtüz sayaq bir sallanma çiynində,
Duru daşlar parıldayır əynində,
Tanrılıqdır bunca gözdən yayınmaq.

Dəyişmişdi çöl üzünü Mindiyar,
Lovğalıydı toyda qonaq olanlar,
Deyinirdi hər gün toydan qalanlar,
Çoxalmışdı lovğalıqlar, yalanlar,
Tanrılıqdır bunca gözdən yayınmaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов