Köləlikdən çıxartdılar Qızbaxı,
Belə qorxmaz, gözəl kölə olarmı.
Hamı bayram tutdu bunu, sevindi,
Belə qorxmaz, gözəl kölə olarmı.

Şah Qızbaxa yaxın durdu bir az da,
Uca-uca sevgi tapdı bu qızda,
Nələr vardı şah götürən murazda,
Belə qorxmaz, gözəl kölə olarmı.

"Alınyazın dolambacdır, ay yazıq,
Doğma ata, qardaşından yapyanıq,
Səni bizə yetiribdir ayrılıq,
Belə qorxmaz, gözəl kölə olarmı".


Aylar ilə şah tutulu dolandı,
Yersiz sevgi iki bükər şahı da,
Sevgisinə qismar oldu şahlıqı,
Yersiz sevgi iki bükər şahı da.

Arvad-uşaq danlağı da bu yandan,
Şah sarsıldı bu yola üz qoyandan,
Qızbax hara, şahlıq adı hayanda,
Yersiz sevgi iki bükər şahı da.

Ağsaqqallar çox düşündü, daşındı,
Yozmaçılar çətin işə qurşandı,
Şah arvadı şaha qarşı tuşlandı,
Yersiz sevgi iki bükər şahı da.


O il daşdı boğazacan Nil çayı,
Quraqlıqdan sonra yağış, sel olar,
Çox kəndləri öz altına aldı sel,
Quraqlıqdan sonra yağış, sel olar.

Sel ağzına aldı böyük şəhəri,-
O dağıtdı evi, damı, çəpəri,
El gözündə düşdü şahın dəyəri,
Quraqlıqdan sonra yağış, sel olar.

Yağış dayan, selin köpü alınsın,
Bulud çəkil, günəş çaya calansın,
Qızlar gəlsin, çay başına dolansın,
Quraqlıqdan sonra yağış, sel olar.


Ağsaqqallar yığıldılar, dedilər,
Çay daşanda yeni kəsi istəyir.
Ən gözəl qız, ən güclü qız seçilsin,
Çay daşanda yeni kəsi istəyir.

Biri dedi, gözəl qadın nə gərək,
Bəri başdan gedək çaya at kəsək,
Belə etsək, çay köpünü kəsəcək,
Çay daşanda yeni kəsi istəyir.

At kəsildi, ancaq sel-su yatmadı,
Bu, tanrının qulağına çatmadı,
Yalvarışlar buludlara batmadı,
Çay daşanda yeni kəsi istəyir.


Gəlib yenə ağsaqqallar dedilər,
Sel-su tutur, əlibərki, qısmırı,
Sel ölkədən gözəl bir qız istəyir,
Sel-su tutur əlibərki, qısmırı.

Bu ölkədə ən gözəl qız Nilindir,
Ən gözəl qız bu sel-suya gəlindir,
Mən bilirəm ən gözəl qız kimindir,
Sel-su tutur əlibərki, qısmırı.

– Ən gözəli, ən qorxmazı Qızbaxdır,
Yox, o bizə bir ildir ki, qonaqdır,
– Qonaq deyil, bu ölkəyə dayaqdır,
Sel-su tutur əlibərki, qısmırı.


Ağsaqqallar dedi, Qızbax yaxşıdır,
Hamı sevir, güclü, qorxmaz gözəli.
Şah arvadı təkcə ona qarşıdır,
Hamı sevir güclü, qorxmaz Qızbaxı.

Bu ölkədə ən gözəl qız Nilindir,
Ən gözəl qız bu sel-suya gəlindir,
Mən bilirəm ən gözəl qız kimindir,
Hamı sevir, güclü, qorxmaz Qızbaxı.

– Çay da sevir gözəlliyi, görmüşəm,
Neçə qızı çaya kəsi vermişəm,
Arxasınca özüm çaya girmişəm,
Hamı sevir güclü, qorxmaz Qızbaxı.


Nilə verək çayın köpü azalsın,
Gözəlliyi sevir sel-su tanrısı.
Başevdə də dedi-qodu azalar,
Gözəlliyi sevir sel-su tanrısı.

Həm də şahı sarsıdarıq bu sayaq,
Uzaqlaşsın qoy bu evdən bu Qızbax,
Bu kəsiylə şah boynuna ip ataq,
Gözəlliyi sevir sel-su tanrısı.

Acıqlansa bizə qarşı şah necə,
Arvadına bunu deyək gizlicə,
O sevinər bunu bizdən bilincə
Gözəlliyi sevir sel-su tanrısı.


Şah eşitdi bunu, bütün karıxdı,
Gözəlliyin ilkin əri ölümdür.
Kim qıyacaq bunca gözəl Qızbaxa,
Gözəlliyin ilkin əri ölümdür.

"Burda qancıl əli vardır, sezmişəm,
Bu ölkədə bu işlərdən bezmişəm,
Mən əlimi bu Başevdən üzmüşəm
Gözəlliyin ilkin əri ölümdür".

"Sənsiz necə dözəcəyəm, gözəlim,
Ey qoçaq qız, ey günəşin bənzəri,
Ürəyimdə sənin sevgin közərir,
Gözəlliyin ilkin əri ölümdür".


Bəzəkçilər qaş-gözünü bəzədi,
Bəzək-düzək naz artırar qadına.
Gözəl olsun gərək kəsi qadınlar,
Bəzək-düzək naz artırar qadına".

Nə edəsən burda ölçü beləydi,
Qız toyundan qabaq gərək öləydi,
Yerə-göyə gərək yatım gələydi,
Bəzək-düzək naz artırar qadına.

Tanrı, Qızbax bu ölkənin varıdır,
Həm gözəldir, həm də könlü durudur,
Döyüş gücü bir toplumla yarıdır,
Bəzək-düzək naz artırar qadına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви